Icma.az
close
up
RU
Rektor Yusuf Adıgüzel: “Türk dünyasının qlobal universitetiyik” MÜSAHİBƏ

Rektor Yusuf Adıgüzel: “Türk dünyasının qlobal universitetiyik” MÜSAHİBƏ

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Səmərəlilik bizim hədəfimizdir...” Bunu  dünya miqyasında “Qlobal Kampus” olma hədəfi ilə fəaliyyət göstərən Anadolu Universitetinin rektoru  Prof. Dr. Yusuf Adıgüzel deyib.

Universitet, xaricdə təhsil alan tələbələrinə verdiyi önəmi bu il də Bakıda təşkil etdiyi məzuniyyət mərasimi ilə nümayiş etdirib. Məzuniyyət törənində iştirak edən Anadolu Universitetinin rektoru  Prof. Dr. Yusuf AdıgüzelBakıvaxtı.azBayraqdar.info saytlarına müsahibə verib.

Bakıvaxtı.az rektorla müsahibəni təqdim edir:

- Azərbaycana xoş gəldiniz.  Bu, Bakıya ilk gəlişinizdi?

- Xoş gördük. Xeyr, 2016-cı ildə də Azərbaycanda olmuşam. Ötən müddət ərzində Azərbaycan, paytaxt Bakı çox dəyişib.

- Bilirik ki, Anadolu Universitetində dəyişikliklər dövrü başlayıb. Deyəsən, məqsədiniz “Qlobal universitet” olmaqdır...

- Doğrudur, Anadolu Universiteti böyük bir dəyişiklik yaşayır. Rəqəmsal transformasiya dövründəyik. Bunun ən önəmli göstəricilərindən biri qlobal universitet şəhərciyinin daha aktiv hala gətirilməsidir. Bütün bölümlər, dərslər, təqdimatlar, dinləmələr, izləmələr qlobal universitet şəhərciyin içində universal sistemiylə tələbələrin xidmətindədir.

Rəqəmsallaşma ilə bərabər süni intellektdən də çox aktiv şəkildə istifadə edirik. Belə ki, artıq qeydiyyat işlərini süni intellek vasitəsilə aparırıq, kitablar, hətta diplomları bu üsulla veririk. Artıq  tələbələrin qeydiyyat, sənədləşmə, kitab alma, tələbə kartını əldə etmələri üçün universitetə gəlmələrinə ehtiyac olmur.

Qeyd etdiyim kimi, böyük bir rəqəmsallaşma dövrüdür bizim üçün. Bunun nəticəsidir ki, biz Türkiyədənin 81 şəhərində fəaliyyət göstərən ofislərimizi bağladıq. Bunu edərkən də, eyni zamanda böyük qənaətələ əldə etdik. Bir tələbənin bu şəhərdən başqa şəhərə getməsi onlar üçün əlavə xərc idi. Bundan başqa, ritabların nəşri, onların çatdırılması da məsrəf tələb edirdi. Təsəvvürünüzə gətirin, bi illik 16 milyon kitab nəşr edirdik. Bu, 5 ildə 80 milyon deməkdir. 80 milyon üçün də yüz minlərcə ağacı kəsmək lazım gəlirdi.

- Tələbələr bu dəyişikliklərə uyğunlaşa bilirmi?

- Bəli, tələbələrimiz qısa zamanda bu dönüşə uyğunlaşdılar. Bizim işimiz öyrətməkdir. Məqsəd tələbələrimizin uğurlar qazanmasına nail olmaqdır. Anadolu Universiteti olaraq da öyrətməyi virtual rəqəmsal mühitdə edirik.

- Bəs imtahanlar necə olur?

- İmtahanları üz-üzə edirik. Məqsəd də onlayn verdiyimiz dərsi onların necə qavramasını müəyyən etməkdir. Bizim diplomların beynəlxalq keçərli olmasının səbəbi də imtahanları üz-üzə eləməyimizdir.

Dünya bu qədər kürəsəlləşib, rəqəmsallarşarkən biz hələ də klassik, köhnə üsullardan istifadə edirik. İlk növbədə müəllimlərimizi, sonra isə tələbələrimizi hazırlayaraq süni intellektiin hökm sürdüyü bu dövrdə həyat dəyişdirəcək yeniliklər edirik.

- Bildiyimiz qədəriylə xərc və zaman itkisinə son qoymaq məqsədilə hətta bir neçə çölümü bir fakültədə birləşdirmisiniz...

- Universitetimizdə uzaqdan təhsili verən 3 fakültə var idi. Bu fakültələrin təyinatı da eyni idi. Yönətim rahatlığı üçün dediyim bölümləri İqtisad və idarəetmə fakültəsi altında olan uzaqdan təhsil sisteminə keçirdik. Təsəvvür edin, uzaqdan təhsillə bağlı bir qərar vermək üçün 3 dekanla görüşməliyəm. Buna nə ehtiyac var? Hamısının yükünü uzaqdan təhsil fakültəsi çəkir. O birilər sadəcə diplom verir. Amma biz bunları birləşdirib sadəcə uzaqdan təhsil fakültəsi elədik. Bir universitetdə uzaqdan təhsillə bağlı 3 fakültə olmaz. Buna ehtiyac da yoxdur. 3 bölüm açmaq, 3 dekan təyin etmək... Səmərəlilik bizim hədəfimizdir.

-Anadolu Universiteti həm də Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin üzvüdür. Türkdilli dövlətlərdəki universitetlərlə işbirliyi üçün nələri planlaşdırırız?

- Anadolu Universiteti olaraq bu il atdığımız ən uğurlu addımlardan biri Türk dili və proqramı açmağımız oldu. Bu addım Türk dünyasını bir-birinə bağlayacaq. Bu proqramda 1 illik Türk dili hazırlığı var. Tələbələrimiz burdan aldığı sertifikatla Anadolu Universitetində 50 dənə proqramdan hər hansındasa oxuya bilər. Yetər ki, sertifikatı C1 olsun.

Bundan başqa, bu gün Türkiyədə 40 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan bizim universitetlərdə oxumaları üçün TYS sertifikatı tələb olunur. Bu sertifikatı almayan tələbələr Türkiyədə ya əlavə bir il oxumalıdır, ya da TÖMƏR imtahanı verməlidir.

Amma biz Azərbaycandaki Türkoloji fakültəsi olan universitetlərlə razılıq əldə etmişik. Bu bölümün tələbələrinin bəziləri Türkiyədəki universitetlərlə ortaq diplom proqramı yaradıblar. Onlar 1-ci kursa başlayanda bu proqrama daxil ola, təhsil alarkən Türk dili və mədəniyyəti proqramı ilə Türkçəsini inkişaf etdirə, sertifikatını ala, Türkiyənin istənilən ali məktəbinə müraciət edə bilər.

Biz artıq Türk dünyasının qlobal universiteti kimi tanınırıq.

- Anadolu universiteti Azərbaycanda hər hansı bir universitetlə əməkdaşlıq edirmi?

- Bizim Azərbaycanda bir çox universitetlə anlaşmamız var. Bugünlərdə daha 2 universitetlə - Dövlət Pedoqoji Universiteti və Bakı Avrasiya Universiteti - əməkdaşlığa başladıq.

Bizim əkdaşlıq etdiyimi universitetlər istər Azərbaycanda, istərsə də Türkiyədə  tanınıb-sayılan ali məktəblərdir. Əməkdaşlıq etdiyimiz universitetlərin tələbələri, eyni zamanda, uzaqdan təhsil alaraq 2 diplom sahibi ola bilərlər.

Qalib İbrahimoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri