Icma.az
close
up
RU
Remarkın təsbiti və İrrasional Federasiya

Remarkın təsbiti və İrrasional Federasiya

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Erix Mariya Remarkı tanıyırsınız. Həm də çox yaxından. Axı ədəbiyyatdan az-çox xəbərdar olan hər kəsin "Zəfər tağı", "Qərb cəbhəsində yenilik yoxdur" kimi şedevrlərlə tanışlığı var.

Bax, həmin o Remark deyib: "Hər bir faciə dəfələrlə təkrarlandıqdan sonra komediyaya çevrilir".

Rusiya öz tarixi boyu dəfələrlə faciələr yaşayıb; müharibələrdə qalib gəlib, lakin... sülhə uduzub.

Mən məşhur Sovet-rus şairi Andrey Voznesenskinin bir xatirəsini oxucularımızla paylaşacam.

Əhvalat belə olub: ötən əsrin 80-ci illərinin sonlarında - Qorbaçovsayağı "demokratura" dövründə Sovet İttifaqından Qərbi Almaniyaya böyük bir heyət gedir. Turist qrupunda Voznesenski də olur.

Şair müsahibələrindən birində deymişdi ki, o, səfər yoldaşlarından bir qrupu ilə mağazaları gəzirmiş. Piştaxtalarda 50-dən çox növdə kolbasa olduğunu görüblər. Birdən rus turistlərdən biri özündən gedib, bayılıb. O, ayılanda səfər yoldaşları bu halın səbəbini soruşublar. Moskvada böyük bir zavodun direktoru olan həmin rus turist belə ritorik sual verib: "Biz bunlara (almanlara) qalib gəlmişik, yoxsa bunlar bizə qalib gəlib?!"

Bəli, tarixdə dəfələrlə belə olub; ruslar qələbə bayrağının kölgəsində ac-yalavac sürünəndə, zəfər notlarında inildyəndə, "məğlub olanlar" özlərinə normal dövlət qurub, inkişaf ediblər, insan kimi yaşamağın yolunu tapıblar.

Ruslar İsveçə qalib gəlib, İsveç indi xoşbəxt sosial dövlətdir. Finləri "məğlub ediblər", Finlandiya çiçəklənir. Yaponiya, Çin, Cənubi Koreya...

Ən son Gürcüstan üzərində "qələbə" qazandılar, bu ölkənin iki bölgəsini öz büdcəsinə bağlayıb saxlamaq öhdəliyindən başqa ruslar nə qazanmışdılar?! Heç nə. Ukraynada bir neçə bölgəni işğal ediblər, ayaqlarına bağlayıblar, nə irəli gedə bilirlər, nə geri qayıda bilirlər.

Rusların uğur saydıqları bir şey özləri üçün ağır, hətta faciəvi nəticələrlə tarixə keçib. Həm də dəfələrlə. Yenə də (hələ də) ağıllanmayıblar.

İndi bəzi rus ultramillətçiləri, vətənşüvənlər, "ştatlı" şovinistlər Azərbaycana hərbi müdaxilədən danışanda, Remarkın sözləri yada düşür. Uduzan pəhləvan məğlubiyyətdən usanmazmış!

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Şeyn konkret dəlillərlə, faktlarla sübut edir ki, Rusiya Azərbaycana təsir rıçaqlarını itirib. Həm iqtisadi, həm hərbi-siyasi və sair baxımdan bu təsir az qala sıfıra bərabərdir; Azərbaycan çoxdan öz iqtisadi müstəqilligini təmin edib və "çoxqütblü dünyanın bir hissəsinə çevrilib".

Bunu dərk edənlər Rusiyanın özündə də var. Əslində Rusiya elə bədbəxt ölkələrdəndir ki, öz hakimiyyəti öz cəmiyyətinə qarşı döyüşür. Sözün hər mənasında.

Ətrafında "müttəfiq" deyə biləcəyi bir Çin var, o da Rusiyadan, sadəcə, öz məqsədləri üçün istifadə edir. Əslində özü Ukraynanı işğal etməyə çalışan - başı qardaş qırğınına qarışan Rusiya özü sürünən Çin işğalına məruz qalır, "xəbəri yoxdur". Bu, başını quma soxub, arxasının bayırda qaldığının fərqinə varmayan strauss davranışıdır. Tankların üstündə irəli getdiyini düşünən Rusiya, reallıqda tarixin inkişaf məntiqindən, proqressiv proseslərdən özünü geri qoyur.

Balaca Ermənistan, deyəsən, Rusiyadan daha ağıllı imiş: İrəvan Azərbaycan qarşısında məğlubiyyətini etiraf edib, müxtəlif manevrlərlə təcrid vəziyyətindən çıxmağa, qonşularla münasibətləri bərpa edib, normal inkişafa başlamağa cəhd edir. Nə dərəcədə alınır, o başqa məsələ. Hər halda cəhd edir. Ancaq iqtisadiyyatı ABŞ-ın bir şirkətinin varidatından da kiçik olan Rusiyada Vaşinqtonu müharibə ilə hədələyəcək qədər reallıq hissini itirmiş bir hakim zehniyyət var. Bu, artıq Remarkın dediyi o komediyadan da ötədir; tragikomediya səviyyəsinə düşüb.

Moskvada hələ də anlamırlar; ABŞ-ı sonuncu dəfə təhdid edən "superdövlət" artıq 34 ildir ki, dağılıb, tarix arxivlərlərinin dibinə çöküb. Onun yerində isə, sadəcə, irrasional Rusiya Federasiyası qalb. O qədər!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri