Renat Dadaşov “Qarabağ”a təklif olundu
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın “Motor” klubunda çıxış edən millimizin üzvü Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirə bilər.
"Cebheinfo.az" xəbər verir ki, qış fasiləsində “Motor”dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.
Dadaşovun meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib.
Lakin onun “Zirə”yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.
Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.
Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















