Renat Dadaşov Türkiyə klubunun təklifinə müsbət yanaşmadı
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə birinci liqasında yarışan "Çorum"un Azərbaycan millisinin forvardı Renat Dadaşovu heyətinə qatmaq istəməsi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, "Ankaragücü"nün transferə çıxardığı forvard bu komandaın ilkin təklifinə müsbət yanaşmayıb.
Bunun həmin komandada rəqabətin yüksək, yoxsa maliyyə məsələsi ilə bağlı olduğu bəlli deyil. Amma forvard hələ ki digər təklifləri gözdən keçirməyi üstün tutub.
"Çorum" hazırda birinci liqada mübarizə aparır və 38 xalla 6-cı pillədədir. Bu klub qış "transfer pəncərəsi" zamanı milliizin digər futbolçusu Coşqun Diniyevi heyətinə qatıb.
Əlavə edək ki, Renat Dadaşovun adı Azərbaycan Premyer Liqasında yarışan klublarla da hallanır.
saytlarin hazirlanmasi
Renat Dadaşov Türkiyə klubunun heyətindən kənarlaşdırılıb
30 Yanvar 2025 15:21
Renat Dadaşov Türkiyə liqasında liderdir
16 Yanvar 2025 13:50
Renat Dadaşov Türkiyə klubunu TƏRK EDİR
10 Fevral 2025 17:28
Renat Dadaşov Premyer Liqa klubunun gündəmində
07 Fevral 2025 10:03
Renat Dadaşov Ankaragücü klubunun əsas heyətindən kənarlaşdırılıb
05 Fevral 2025 15:34

