Icma.az
close
up
RU
“Renduliç Mikelsi əvəzləyəndə o, heç baş məşqçiyə tərəf getmədi” “Sabah”ın böhranının səbəbi...

“Renduliç Mikelsi əvəzləyəndə o, heç baş məşqçiyə tərəf getmədi” “Sabah”ın böhranının səbəbi...

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli premyer-liqasının 12-ci turunun ən gözlənilməz nəticəsi “Sumqayıt” – “Sabah” matçında (1:0) qeydə alındı.
Əksəriyyət qonaqları fovorit saysa da, 3 xalı “kimyaçılar” qazandı. “Sabah” artıq 5 turdu qələbəyə həsrətdi. 7-ci turda “Səbail”i məğlub edən Masazır təmsilçisi ondan bəri üç oyunda heç-heçə edərək cəmi 3 xal qazana bilib. Təbii ki, bu statistika yayda avrokuboklarda iştirak edən bir komanda üçün utandırıcıdı. Renduliç heç cür komandanın problemlərinə çarə tapa bilmir.
Futbol adamalarından bəziləri belə düşünür ki, Renduliçin yerində azərbaycanlı mütəxəssis olsaydı, indi çoxdan istefaya göndərilmişdi.
Maraqlıdı, “Sabah”ın böhranının səbəbi nədi?
Bu sualı mütəxəssislərdən Əfqan Talıbova ünvanladıq:

“Məşqçi heyəti məğlubiyyətin nə ilə bağlı olduğunu yaxşı bilir, oyunları təhlil edir. Məsələ ondadı ki, komanda yaratdığı qol vəziyyətlərini reallaşdıra bilmir. Müdafiədə də böyük səhvlərə yol verir və hər oyunda qol buraxırlar, yəni müdafiəçilər zəif çıxış edir. "Sumqayıt"la oyunda maraqlı epizod oldu. Renduliç Mikelsi əvəzləyəndə o, heç baş məşqçiyə tərəf getmədi. Ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına yollandı. Xallar itirildikcə komandada müəyyən gərginlik yaranır. “Bayquşlar”, demək olar, templi, sürətli oyuna üstünlük verirlər. Bu sarıdan problemləri yoxdu. Epizodlar da yarada bilirlər. Bu mövsüm bütün komandalar oyunlara ciddi yanaşır. Artıq görürük ki, “Qarabağ" da əvvəlki çempionatlardakı kimi rahat qalib gələ bilmir. Hər xal uğrunda amansız mübarizə gedir. Burda kiminsə yüksəlişdə, digərinin enişdə olduğunu demək olmaz. “Sumqayıt” iki oyunda qalib gələn kimi 6-ci pilləyə qalxdı. “Şamaxı" da iki oyunda qalib gəlsə, yuxarı pilləyə yaxınlaşa bilər. Fikrimcə, klublar eyni səviyyədədi. "Sabah"ın 17 xalı var, 2 qələbədən sonra 23 xal olacaq. Ona görə də Renduliçin müqaviləsi varsa, qalıb işləsin. “Sabah”ın böyük ehtiyat oyunçular skamyası var. Yəni oyunçuların səviyyəsinə, fərdi ustalığına görə heç bir komandadan geri qalmırlar. Sadəcə, rəqiblər də onları yaxşı təhlil edirlər”.


RÖYANƏ OĞUZ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri