Icma.az
close
up
RU
Rəngli bayquş görənləri heyrətə gətirib

Rəngli bayquş görənləri heyrətə gətirib

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bu qış ABŞ-nın Miçiqan ştatındakı Huron gölü bölgəsində ənənəvi qar təki ağ rəng bayquş növünün əvəzinə həmin ərazidə ilk dəfə müşahidə edilən parlaq narıncı lələkləri olan qeyri-adi, həm də ağappaq rəngli bayquşun görünməsi amerikalı elm adamlarını heyrətə gətirib. Bu bayquşun yerli fotoqraflar tərəfindən çəkilən, sosial şəbəkələrdə yayımlanan fotoları alimlərlə yanaşı, həvəskar ornitoloqların da diqqətini çəkib. Mütəxəssislər "Çilçil" ləqəbli quşun özünəməxsus rəngini necə əldə etdiyinin izahını hələlik verə bilmirlər, lakin bununla bağlı müxtəlif fərziyyələr irəli sürüblər.
Reyting.az
-ın məlumatına görə, Montanada yerləşən Bayquş Tədqiqatı İnstitutunun direktoru Denver Holt "The New York Times" nəşrinin müraciətindən sonra qəzetin elektron poçtuna yazdığı izahda bildirib ki, 35 il Amerikada bütün quşları müşahidə edən bir şəxs kimi nə o, nə də həmkarları heç vaxt belə bir hadisə ilə, anormallıqla qarşılaşmayıb.
Ancaq digər bir alim, Miçiqan Dövlət Universitetinin əməkdaşı Kevin Makqrou ilk, həm də qeyri-adi hadisəyə çevrilmiş bayquş mövzusunda tamamilə gözlənilməz açıqlama verib. O deyib ki, bu bayquş əslində ətraf mühitin çirklənməsinin yaratdığı dəhşətli, həm də təhlükəli fəsadlardan sonra dəyişkənliyə məruz qalıb.
Makqrounun fikrincə, rəngli quş genetik mutasiya nəticəsində hətta narıncı rəngə də çevrilə bilərdi.

Alim qeyd edib ki, unikal rəngləmənin mahiyyətini anlamaq üçün bayquşdan lələk nümunələrini əldə edib, öyrənmək lazımdır.
Alabama ştatının Auburn Universitetinin ornitoloqu Ceffri Hill və "SNOWstorm" könüllü layihəsinin təşkilatçılarından biri Skott Vaydensoul mutasiya nəzəriyyəsini rədd edib. Onlar da quşun ornitoloqlar tərəfindən bilərəkdən bu cür rənglənməsi ehtimalını istisna ediblər. Alimlərin fikrincə, əvvəllər də bu texnika vasitəsilə alimlər qar rəngli bayquşların kütləvi miqrasiyasını aydın izləmək üçün rəngləmə üsullarından istifadə ediblər. Lakin müəyyən bir zaman ötdükcə, elm adamları "GPS" ötürücülərinin meydana çıxması səbəbindən bu rənglərdən imtina etməli olublar.
Jurnalistlər bayquşun müşahidələrinə ən yaxın hava limanı sayılan "Huron County Memorial" Hava Limanına şərh sorğusu göndərsələr də, hələ cavab almayıblar.
Bayquşun ələ keçirilməsi barədə sualları cavablandıran Miçiqan ştatının Təbii Sərvətlər Departamenti bildirib ki, onlar nadir növ olan bu quşu tələyə salmağı planlaşdırmırlar.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Mart 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri