Rəngli köpəkbalığının “sirr”i məlum oldu Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Kosta-Rika sahillərində - Karib dənizinin sularında narıncı rəngdə köpəkbalığı görüntülənib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, aşkarlanan bu köpək balığı fərqli rəngə sahib olması ilə diqqət çəkib. Bəziləri bunu süni intellektlə hazırlanmış bir görüntüyə bənzətsə də, mütəxəssislər onun həqiqi olduğunu təsdiqləyiblər.
Bəs köpək balığının rəngi niyə narıncıdır?
Alimlərin sözlərinə görə, bu qeyri-adi rəng, nadir rast gəlinən albino-xantizm adlı genetik vəziyyətdən qaynaqlanır. Bu hal, albinizm (piqmentsizləşmə) və xantizm (həddindən artıq sarı-narıncı piqment yaranması) birləşməsinə işarə edir.
Tarixə düşən ilk albino-xantist köpək balığı olsa da, daha əvvəl bənzər hallar bəzi dəniz canlılarında qeydə alınıb, lakin bu köpəkbalığı nümunəsi xüsusilə nadir hadisədir.
Qeyd edək ki, təxminən 1,8 metr uzunluğunda olan köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Avqust 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















