Reper həbs edildi: Üzərində narkotik maddə aşkar edildi FOTO
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Türk repinin yeni adlarından olan Reckol ( Recep Eker ) Kiprdə polis tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, Reckol və onun dostunun üzərindən narkotik maddə tapılıb. Onlar həbs edilərək həbsxanaya göndərilib.
Hadisə dünən axşam saatlarında Kiprin Lefke şəhərində baş verib. İddialara görə, avtomobilin sürücüsü Lilian Kaledin üzərindən 2 qram çətənə tipli narkotik vasitə aşkar edilib.
Avtomobildə sərnişin olan reper Recep Ekerin üzərindən isə 18 ədəd həb aşkarlanıb. İkili saxlanılıb, narkotik maddələr ekspertizaya göndərilib.
İfadələrindən sonra məhkəməyə çıxarılan ikilinin 2 sutka həbs olunacağı açıqlanıb.
Aysel Şahmar
Baxış sayı:108
Bu xəbər 02 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















