Reper Snoop Dogg fəxri məşqçi vəzifəsinə təyin edilib
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-li reper Snoop Dogg ABŞ yığmasının tarixində ilk dəfə yaradılan fəxri məşqçi vəzifəsinə təyin edilib.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı ABŞ Olimpiya və Paralimpiya Komitəsi yayıb.
Komitədən bildirib ki, bu vəzifə könüllü əsaslarla icra olunur və yarışlardan kənarda Birləşmiş Ştatların idmançılarına dəstək və motivasiya vermək məqsədi daşıyır.
Qurumun açıqlamasında Snoop Dogga “Coach Snoop” kimi də müraciət olunub. O, idmançıların Olimpiya yolunda onlara yardım edən mütəxəssislər və əməkdaşların bir araya toplandığı “Team Behind the Team” təşəbbüsünə qoşulacaq.
Qeyd olunur ki, təyinat 2026-cı il Milan və Kortinada keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq çərçivəsində gerçəkləşib.
Snoop Dogg daha əvvəl Parisdə keçirilən 2024 Yay Olimpiya Oyunlarında ABŞ-ni təmsil edən idmançılarını fəal şəkildə dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















