Repetitorlar sertifikasiyadan keçməli, vergi verməlidir Rəşad Qardaşov
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhsil sahəsində son günlərin ən aktual mövzusu müəllimlərin iş rejiminin 8 saat olacağıdır. Buna əsas etirazlar isə repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərdir. Ümumi bir fikir də var ki, Elm və Təhsil Nazirliyi bunu repetitorluğu məhdudlaşdırmaq üçün edir.
8 saatlıq iş rejimi repetitorluğu məhdudlaşdıra bilərmi? Ümumiyyətlə, repetitorluq ləğv edilə bilər?
Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov mövzu ilə Redaktor.az-a açıqlamasında bildirdi ki, repetitorluq var, olub və olacaq.
Onun sözlərinə görə, tarixi təcrübə və müşahidə bunu söyləməyə imkan verir:
"Müəyyən dərəcədə tənzimlənə bilər, amma tam qadağan etmək hal-hazırda real görünmür. Repetitorluq sahəsində “sistemli islahatlar” tələb olunur, birbaşa qadağalar yox. Repetitorların sertifikasiyadan keçməsi təklif olunur - yəni təhsil sahəsində peşəkar standartlar qoyulsun. Qeydiyyat və vergi məsələsi də aktualdır, çünki bəzi repetitorlar vergi ödəmədən fəaliyyət göstərir. Bu məsələlər tənzimlənməli və standart bir paket hazırlanmalıdır. Məsələn, Türkiyə modeli, yəni dərsanə mədəniyyəti".
Müsahibimiz hesab edir ki, Elm və Təhsil Nazirliyi repetitorluğu tam qadağan etmək əvəzinə tənzimləmə tərəfini üstün tutur:
"Repetitorluğun necə olması ilə bağlı qaydalar ola bilər: harada repetitorluq ola bilər, kim repetitor ola bilər.
Repetitorluğun azalması üçün məktəblərdə təhsilin keyfiyyətinin artırılması vacibdir. Fikrimcə, nazirliyin də əsas məqsədi dayanıqlı və keyfiyyətli təhsil sistemində perspektivləri istiqamətləndirməkdir. Tənzimləmə yönümlü addımlar olmalıdır: sertifikasiya, qeydiyyat, vergi, müəyyən qaydalar. Repetitorluğu məhdudlaşdırmaq istəyiriksə, məktəblərdə təhsilin keyfiyyətini artırmaq ön şərtdir".
Rəşad Qardaşov sonda vurğuladı ki, repetitorluq ləğv edilə bilməz, yalnız müasir tələblərə uyğun olmalıdır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 21 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















