Icma.az
close
up
RU
“Repetitorluq labirintdən çıxara bilmədiyimiz məşğulluq...” Nadir İsrafilov

“Repetitorluq labirintdən çıxara bilmədiyimiz məşğulluq...” Nadir İsrafilov

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər.”
Bu son on illiklərdə repetitorluqla bağlı nələr yazılmayıb, nələr deyilməyib, məsələyə kimlər tərəfindən fərqli münasibətlər bildirilməyib...!?  Yəni, bu əlavə və əlahiddə xidmət növü nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problem olaraq qalır, el arasında “zehni əməyin qara bazarı”,“kölgə təhsilinin atributu” adlandırılsa belə, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, durmadan inkişaf edir, hətta ibtidai təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq, geniş auditoriya qazanmaqda davam edir.
Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “Təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir”... “Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər”... “Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”... “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər”... “Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək"... və s. və i.a Yəni, nə ağ nə qara, buna deyərlər çəhrayi, bənövşəyi, qəhvəyi tonlar arasında gərdiş etmək. Nə deyirik, repetitorluqdan istifafadə edilsin, əlavə dərs üçün müəllim yanına da gedilsin. Amma, bu məsələnin bir əmması var o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...!?
Yəni, bu repetitorluğu rəsmiləşdirərək, leqallaşdırmaq və ya əksinə, bu qeyri-rəsmi fəaliyyət sahəsini donduraraq, bu ətrafda yaranan söz-söhbətə bir dəfəlik son qoymaq bu qədərmi çətindir? “Çobanın könlü olsa, təkədən pendir tutar” el məsəli elə-belə yaranmayıb. Belə çıxır ki, ya repetitorluğu labirintdən çıxara bilmirik, ya da bu əlavə məşğulluğun aradan çıxmasını istəmirik. "Mən hesab edirəm ki, müəllim sinifdə dərs dediyi uşağa dərsdən sonra repetitorluq edirsə, bu onun üçün ayıbdır... Bizim arqumentimiz budur ki, repetitorluq edən müəllim həm də məktəbdə dərs deyir. Necə ola bilər ki, həmin müəllim sinifdə pis müəllimdir, amma repetitor olaraq yaxşıdır? Mən hər zaman demişəm, bu, həm də vicdan məsələsidir" – demək, nə deməkdir? Bu, o deməkdir ki,  məndən keçdi, qonşuya dəydi.
Hələ bir baxaq görək, ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan (repetitio) tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi. Məktəblərdə 10-11-ci siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi, məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksəriyyət şagird repetitor yanına getmək ehtiyacı duymaz. Əslində, 12 illik təhsil sisteminə keçid bunu daha sistemli təşkili deməkdir, əgər bu keçid bu qədər çətindirsə, o zaman ən yaxşı yol budur. Yox əgər repetitorluğun paralel təhsil kimi, kölgə təhsili kimi davam etməsini istəyənlər, bunda maraqlı olanlar varsa, bu başqa məsələ.
Digər bir məsələ.  Hələ, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və  təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji xarakterli məsələlərin həllinin qaçılmaz olduğu nəzərə alınaraq, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanmışdı. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər sxem əsasında qurulması və s. kimi məsələlərin dərindən düşünülmüş həlli tələb olunurdu.
Ən optimal variant isə 5+5+2 sxemi hesab olunurdu. Bu sxemə əsasən 5 il ibtidai təhsilə, 5 il ümumi orta təhsilə, 2 il isə ali məktəblərdə təhsillərini davam etdirmək arzusunda olanlara bir növ təmayülləşmə əsasında ixtisas fənləri üzrə hazırlaşmaları üçün yetərli imkan yaratmaq məqsədinə xidmət etməli idi. Yəni, 10 il ümumi orta təhsil üçün kifayət edirdi. Biz nə etdik, 9-cu sinfi buraxılış sinfinə çevirib, məktəbə hazırlıq qruplarını da orta ümtəhsilə pilləsinə qatıb, tam orta məktəb yaratdıq. Halbuki, həmin sxemin tətbiqi nəzərə çarpacaq dərəcədə repetitorluğun qarşısını ala bilərdi.
Bir halda ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdursa və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək. Və yaxud, repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və Nazir də etiraf edirsə ki, “Məktəblər təhsil vermir və biz bunu bilirik... Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq.”
Elə isə, bəlkə ali məktəblərə qəbul imtahanlarının modelini dəyişək? Istənilən halda ya oyanlıq, ya da bu yanlıq nəsə etməliyik. Əgər, ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Bəli, bu gün müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Başqa cür də ola bilməz. Çünki, bugünki təhsilimiz elm və təhsil verməkdən daha çox biznes və kommersiya maraqlarının təmin edilməsinə tabe etdirilib...

Moderator.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see466

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see302

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see190

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see186

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri