Icma.az
close
up
RU
Repetitorluq yalnız müəyyən ehtiyac olan uşaqlar üçün olmalıdır TƏHSİL EKSPERTİ AÇIQLADI

Repetitorluq yalnız müəyyən ehtiyac olan uşaqlar üçün olmalıdır TƏHSİL EKSPERTİ AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda bugün ən çox müzakirə olunan məsələlərdən biri təhsildə repetitorluğun geniş yayılmasıdır. Bunu həm təhsil ictimaiyyəti, həm təhsil ekspertləri, həm də valideynlər müzakirə edir". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, cəmiyyət olaraq hər kəs düşünür ki, Azərbaycanda repetitorluq niyə bu qədər geniş vüsət alır: "Bilirik ki, dünyanın hər yerində repetitorluq mövcuddur. Amma ayrı-ayrı sahələr üzrə, daha təkmil və geniş imkanlara malik olmaq üçün repetitorlara müraciət edirlər. Azərbaycandakı qədər kütləvi hal heç bir yerdə yoxdur. Bu artıq elə bir vəziyyətə gəlib çatıb ki, valideynlər birinci sinifdən, bəzən isə hazırlıq yaşından — hələ yazıb-oxumağı öyrənməmiş — repetitor müəllim axtarışına başlayırlar.

Təəssüflə qeyd etmək lazımdır ki, bu vəziyyətin yayılmasında bir nömrəli rol “bunker müəllimləri” adlandırılan Dövlət İmtahan Mərkəzinin test bazasını hazırlayan müəllimlərinə aid edilir. Bu proses 1995–1997-ci illərdən vüsət almağa başlamış və son 10 ildə pik həddə çatmışdır. Artıq hər kəs repetitor yanına getmədən öz perspektivini təxmin edə bilmir.

Amma təcrübə göstərir ki, hər il sosial şəbəkələrdə, müxtəlif media platformalarında paylaşılır ki, ucqar məktəbdə bir şagird və ya bir neçə şagird heç bir hazırlıq olmadan universitetə qəbul olur və yüksək nəticələr göstərir. Məsələn, Gəncədə yaxınlarda bütün bir sinif 100% nəticə göstərmişdi, heç biri repetitor yanına getməmişdi. Demək olar ki, ümumtəhsil məktəblərinin tədris planına uyğun dərs keçilsə, repetitorluq edən müəllimlər əslində məktəbdə də dərs deyirlər. Yəni baza və potensial var, sadəcə tətbiq və yanaşma düzgün olmalıdır. Yetər ki, valideynlər məsələyə düzgün yanaşsın, övladlarının üzərinə məsuliyyət qoysunlar və “mənim yanıma gəlməsəniz, öyrənə bilməzsiniz” deyən müəllimləri boykot etsinlər. Təbii ki, repetitorluq tamamilə ləğv edilməməlidir. Məsələn, 10–11-ci sinifdə müəyyən təkrar və test hazırlığı üçün bir müddət repetitor yanına getmək normaldır. Bu yalnız ehtiyacı olan uşaqlar üçün olmalıdır. Hazırda isə elə bir vəziyyət yaranıb ki, təhsilə ciddi hazırlaşan da, hazırlaşmayan da repetitor yanına gedir.

Təhsil Nazirliyi bu məsələdə bir istiqamət götürüb — repetitorsuz məktəb modeli yaradılır. Hər regionda bir neçə məktəbi birləşdirərək ixtisas üzrə ən yaxşı müəllimləri ora toplamaq və imkansız ailələrə demək ki, repetitor yanına göndərməyə ehtiyac yoxdur. Bu məktəblərdə övladlar oxuyur və nəticə əldə edir. Demək istədiyim odur ki, bu gün Azərbaycanda repetitorluq həm də bir dəb halını alıb. Əgər qəbul qaydaları sadələşdirilsə, Dövlət İmtahan Mərkəzinin bəzi funksiyaları yenidən tənzimlənsə və əlavə test vəsaitləri azaldılsa, repetitorluq öz-özünə aradan qalxacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri