Icma.az
close
up
RU
Repetitorluq yığışdırılsa... İnkşaf etmiş ölkələrdə də belədir, əngəl olmaq düzgün deyil

Repetitorluq yığışdırılsa... İnkşaf etmiş ölkələrdə də belədir, əngəl olmaq düzgün deyil

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hazırlıqların ləğv olunması üçün əlbəttə ki, əvvəlcə məktəblərdə təhsilin səviyyəsi yüksəlməlidir. Daha sonra isə ləğv olunma haqqında düşünülməlidir”:

Bunu elm və təhsil naziri Emin Əmrullayevin ötən həftə keçirdiyi brifinqdə dediyi “Repetitorların əlavə keçdikləri hazırlıqlar hissə-hissə ləğv olunacaq” sözlərini şərh edən təhsil eksperti Qoşqar Məhərrəmli Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, zamanla təhsil sistemi özəl məktəblərdəki kimi müəyyən bir nəzarət mexanizimininə keçəcək:

“Yəni, müəllim öz şagirdinə repititor kimi əlavə dərs keçə bilməyəcək. Repititorluq absurd bir vəziyyətdir. Yəni, mən sənə dövlət məktəbində dərs öyrədə bilmədim, gəl evimdə ödənişli şəkildə öyrədim. Bunu məntiqlə qəbul etmək ağlasığmazdır”.

Müsahibimiz vurğulayıb ki, məktəbdə dərs keçirilirsə, bunun üçün kifayət qədər dərs saatı varsa, əlbəttə, artıq repititora ehtiyac qalmıyacaq. Repititor zərurət olmaqdan çıxıb artıq bir istək halına çevriləcək.

Ekspert qeyd edib ki, hər hansı bir şagird orta məktəbi oxumaq istəmirsə, məktəbə ancaq gedib-gəlmək üçün ayaq döyürsə, artıq bu zaman onun repititor dəstəyinə ehtiyac olacaq:

“Bu, inkşaf etmiş ölkələrdə də belədir. Qarşısını almaq mümkün deyil, şəxsi məsələdir, əngəl olmaq düzgün deyil”.

Qoşqar Məhərrəmli: Bu, universitetə qəbulda da özünün mənfi nəticəsini göstərəcək

Q.Məhərrəmlinin sözlərinə görə, hazırkı zaman üçün repetitorluq fəaliyyəti məhdudiyyətləşdirilsə, bizim abituriyentlərimizin nəticələri kifayət qədər aşağı düşəcək.

“Bu, sözsüz ki, universitetə qəbul istiqamətində də özünün mənfi nəticəsini göstərəcək”, - deyə Qoşqar Məhərrəmli əlavə edib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, repetitorluğun birdən-birə ləğvi mümkün deyil. Onun sözlərinə görə, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

Nazir deyib ki, dəbə görə də repetitor yanına gedənlər var:

“Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri