Rəqabət orqanı Regional Su Meliorasiya Xidmətində araşdırma aparır
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.
Məlumata görə, araşdırmaya rəqabət orqanının öz təşəbbüsü əsasında başlanılıb.
Araşdırmanın predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.
Bu mövzuda digər xəbərlər:Regional Su Meliorasiya Xidməti barəsində rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırılıb
14 Fevral 2026 16:08
Regional Su Meliorasiya Xidmətində birinci yarımilin yekunlarına həsr olunmuş onlayn müşavirə keçirilib
31 İyul 2025 00:40
Regional Meliorasiya Xidməti layihələri
21 Oktyabr 2025 10:34
Baxış sayı:125
Bu xəbər 10 Mart 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















