Icma.az
close
up
RU
Rəqəm dəyişdi: Pensiya yaşı azaldılacaq?

Rəqəm dəyişdi: Pensiya yaşı azaldılacaq?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son 7 ildə Azərbaycanda əmək pensiyaçılarının sayında 216.6 min nəfər azalma qeyd alınıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2017-ci ildə 1 315 229 nəfər əmək pensiyası alıb. Həmin ildən etibarən əmək pensiyası alanların sayı sürətlə azalmağa başlayıb. Bu rəqəmlər yenidən müzakirələrə yol açıb. Azalma tendensiyasının davam edəcəyi düşünülür.

Bununla necə mübarizə aparmaq lazımdır? Pensiyaçıların sayı niyə azalır?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, ölkədə əmək pensiyaçılarının sayının azalmasının əsas səbəbi pensiya yaşının uzadılmasıdır:

“Əvvəl qadınlarda pensiya yaşı 60, kişilərdə isə 62 yaş idi. Lakin 2017-ci ildə qəbul edilmiş qanunverciliyə görə, kişilərin pensiya yaşı həmin dövrdən hər il 6 ay uzadılmaqla 65-ə, qadınların isə 60 yaşdan sonra hər il 6 ay uzadılmaqla 65 yaşa çatdırılması nəzərdə tutuldu. Kişilərdə artıq pensiya yaşı 65, qadınlarda 64-dür. 2027-ci ilə qədər qadınların da pensiya yaşı kişilərlə eyniləşəcək. Təbii ki, sözügedən qərar pensiyaçıların sayına təsir göstərir”.

İqtisadçı bildirib ki, pensiya ilə bağlı dünya təcrübəsi fərqlidir:

“Avropada pensiya yaşı 65-dir. Amma orada gözlənilən ömür müddəti 81-82 ildir. Azərbaycanda isə bu, 74-75 yaşdır. Son 7-8 ildə insanların ömür müddəti çox dəyişməyib. Açığı, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsinin tərəfdarıyam. Burada problem yoxdur. Həm də qadınların gözlənilən ömür müddəti daha uzundur, nəinki, kişilərin. Lakin pensiya yaşının 62 olması daha ədalətli olardı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri