Icma.az
close
up
RU
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlər davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərdə Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Beydemir iştirak ediblər. Təlimlər LiDAR vasitəsilə ərazinin sahədə skan edilməsi, əldə olunan rəqəmsal məlumatların xüsusi proqramlarla emalı, nöqsanların aradan qaldırılması, rəqəmsal relyef modellərinə transformasiyası və təsnifləndirilməsini əhatə edir.

Türkiyəli təlimçilər tərəfindən Ağstafa və Gədəbəy rayonlarında azərbaycanlı arxeoloqlar üçün nəzəri və praktiki təlimlər keçirilib. Təlim iştirakçıları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən Orta və Son Tunc dövrünə aid kurqanlar və Gədəbəy rayonundakı Qafqaz Albaniyası dövrünə aid Xarxar nekropolunda LiDAR texnologiyası əsasında 3D modellərin yaradılması, skan edilmiş abidələrin rəqəmsal memarlıq təsvirlərinin emalı və sənədləşdirilməsi üsullarını mənimsəyiblər. Xarxar nekropolunda aparılan praktiki məşğələlər Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şamil Nəcəfovun rəhbərliyi ilə həyata keçirilən xilasetmə xarakterli arxeoloji tədqiqatlar çərçivəsində təşkil olunub və abidənin rəqəmsal təsvirinin hazırlanmasına yönəlib.

Daha sonra “Keşikçidağ” qoruğunun Ağstafa şəhərindəki inzibati binasında rəqəmsal arxeologiya üzrə təlimlərin nəzəri hissəsi keçirilib. Türkiyəli təlimçilər çöl şəraitində əldə edilmiş rəqəmsal məlumatların Kompüter-Təyinatlı Layihələndirmə sistemləri (AutoCAD) vasitəsilə emalı barədə biliklərini azərbaycanlı arxeoloqlarla bölüşdülər.

Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları da iştirak edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri