Icma.az
close
up
RU
Rəqəmsal Azərbaycanın yeni arxitekturası

Rəqəmsal Azərbaycanın yeni arxitekturası

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlət başçısının sözləri ilə desək, “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”. Bu, sadəcə texnoloji yenilənmə deyil, strateji seçimdir.

Dünyada rəqəmsal transformasiya artıq siyasi iradənin və iqtisadi gücün əsas göstəricisinə çevrilib. ABŞ və Çin süni intellekt yarışında liderlik uğrunda mübarizə aparır, Avropa İttifaqı rəqəmsal suverenlik konsepsiyasını irəli sürür, Cənubi Koreya və Sinqapur dövlət idarəçiliyini tam rəqəmsallaşdırır. Qlobal iqtisadiyyatın gələcəyi data mərkəzləri, bulud texnologiyaları və alqoritmlər üzərində qurulur. Azərbaycan da bu trendləri düzgün qiymətləndirərək rəqəmsal inkişafı prioritet elan edir. Prezident açıq bəyan edib ki, “Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək”.
Bu iddianın arxasında ciddi əsaslar dayanır. Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropanın kəsişməsində yerləşməsi – indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir. Dövlət başçısı qeyd edib ki, mövcud nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Xəzərin şərq sahilləri ilə bağlantını təmin edəcək fiber-optik kabel layihəsi, Şərq və Qərb istiqamətində yeni rəqəmsal xətlərin qurulması Azərbaycanın regional data habına çevrilməsi üçün real zəmin yaradır.
Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın “yaşıl enerji” əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.
İnvestisiya mühiti də rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması, uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb. Prezident bildirib ki, bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə əməkdaşlıqda da özünü göstərməlidir. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji sənədlər və Çinlə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sazişi Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslı əməkdaşlıq platformasına malik olduğunu göstərir. Dövlət başçısının ifadəsi ilə desək, “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan”.
Rəqəmsal transformasiya yalnız infrastruktur və investisiya ilə məhdudlaşmır. Dövlət idarəçiliyində vahid yanaşma əsas şərt kimi irəli sürülüb. Prezident dövlət xidmətlərinin “mygov” üzərindən vahid mərkəzdə cəmlənməsini tapşırıb. Bu, Estoniya və Sinqapur kimi ölkələrin uğurlu e-hökumət modellərinə uyğun yanaşmadır. Süni intellektin dövlət qurumlarında tətbiqi, qərarvermə prosesində alqoritmik analizdən istifadə və kibertəhlükəsizliyin gücləndirilməsi yeni arxitekturanın əsas elementləridir. Prezident qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının fəaliyyətinə süni intellekt agentləri kömək göstərir və Azərbaycan da bu təcrübəni nəzərdən keçirməlidir.
Lakin bütün bu proseslərin mərkəzində insan amili dayanır. Rəqəmsal dövlət yalnız rəqəmsal nəsillə mümkündür. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi ən strateji fikirlərdən biri orta məktəblərdə süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsinin vacibliyi idi. Dövlət başçısı vurğuladı ki, bu uzunmüddətli prosesdir və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Bu baxış qlobal təcrübə ilə tam səsləşir. ABŞ-da məktəblərdə hesablama təfəkkürü tədris olunur, Çin süni intellekti proqramlara daxil edib, Cənubi Koreya və Sinqapur ibtidai siniflərdən kodlaşdırmanı öyrədir. Çünki gələcəyin iqtisadiyyatı alqoritmlər üzərində qurulur.
Azərbaycanda da məktəblərdə süni intellektə dair biliklərin aşılanması yalnız proqramlaşdırma öyrətmək demək deyil. Bu, analitik düşüncə, problem həll etmə bacarığı, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyətin formalaşdırılması deməkdir. Şagird süni intellektin mahiyyətini, imkanlarını və risklərini anlamalıdır. Bunun üçün müəllim hazırlığı, müasir tədris materialları və məktəblərin texniki təminatı gücləndirilməlidir. Regionlarda da eyni imkanların yaradılması rəqəmsal bərabərliyi təmin edəcək.
Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası enerji gücündən başlayaraq data mərkəzlərinə, oradan isə məktəb partalarına qədər uzanan vahid strategiyadır. Bu strategiya ölkəni yalnız regional nəqliyyat və enerji mərkəzi deyil, həm də rəqəmsal hab statusuna yüksəltməyi hədəfləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin birbaşa dövlət nəzarətinə götürülməsi həm daxili strukturlara, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi ola bilər.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri