Icma.az
close
up
RU
“Rəqəmsal dövrdə Azərbaycanın geridə qalmaq riski…” EKSPERT

“Rəqəmsal dövrdə Azərbaycanın geridə qalmaq riski…” EKSPERT

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu gün inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi  ideya istehsal edən insanlara və təşəbbüslərə sistemli dəstəyin mövcud olmasıdır...”

“Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən  nə az, nə də çox, 2000 dəfə azdır...”

“Əgər cəmiyyətdə  təşəbbüslər, yeni ideyalar dəstəklənmirsə,  innovativ insanlar bürokratik maneələrlə qarşılaşırsa,  orada innovativ inkişafdan danışmaq formal xarakter daşıyır…”

“Silikon Vadisində uğursuz startap təcrübə sayılır. Bizdə isə uğursuzluq çox vaxt sosial və peşəkar damğa kimi qəbul edilir...”

“Uğursuzluq mədəniyyəti dəyişməlidir.  İnnovasiya üçün eksperiment, risk, səhv etmək  hüququ  tanınmalıdır. Dünyada startap və innovativ layihələrin  90 % uğursuz olur...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “İnnovativ təşəbbüslər dəstəklənməsə, innovativ inkişaf olmaz...”  başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun...” -Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev

 Vətəndaş təşəbbüsləri innovativ inkişafda mühümdür... 

Təbii ki, əgər  belə təşəbbüslərin reallaşmasına imkan yaradılsa, dəstək verilsə. Bir çox ölkələrdə belə təşəbbüslərin dəstəklənməsi üçün fondlar (vəqflər) var. Onlar öz vətəndaşlarının  təşəbbüslərini öz ölkələrində reallaşdırmasına  imkan yaradırlar.  Məsələn, Türkiyədə bu  təcrübə geniş yayılmışdır.  Digər variant biznesin “sosial korporativ məsuliyyəti”  çərçivəsində müxtəlif təşəbbüslərə dəstək verilməsidir, bu halda  biznesə müəyyən vergi güzəştləri  də  nəzərdə tutulur. Təəssüf ki, bizdə belə təcrübələrə rast gəlinmir… 

Qrant verən təşkilatların da “qrant paylaması”  texnologiyası  çox vaxt ədalətdən uzaq olur. Deməli səmərəsizdir, inkişafa  xidmət etmir.  Ölkədə startapların, innovasiyaların az olması, texnoloji sahibkarlığın zəif inkişafı da bu  səbəblərdəndir. Bu sahələrdə geriliyimiz isə ciddidir…  

Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq yalnız  təbii sərvətlərlə,  coğrafi mövqe ilə,  sənaye potensialı ilə  ölçülmür.   XXI əsrdə əsas üstünlük  innovasiya,  texnologiya, yaradıcı düşüncə,  insan kapitalı, elmi təşəbbüslər  üzərində qurulur…

Bu gün inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi  ideya istehsal edən insanlara və təşəbbüslərə sistemli dəstəyin mövcud olmasıdır.  Əslində innovasiya  yalnız texnologiya deyil,  düşüncə azadlığı,  təşəbbüs mühiti,  risk etmək imkanı,  institusional dəstək  deməkdir.  Əgər cəmiyyətdə  təşəbbüslər, yeni ideyalar dəstəklənmirsə,  innovativ insanlar bürokratik maneələrlə qarşılaşırsa,  orada innovativ inkişafdan danışmaq formal xarakter daşıyır…

İnnovasiya təsadüfən yaranmır…  

Bir çox hallarda innovasiya yalnız fərdi istedadla əlaqələndirilir. Halbuki tarix göstərir ki, innovasiya sistemsiz inkişaf etmir.  Dünyada texnoloji sıçrayış etmiş ölkələrin hamısında təşəbbüsləri maliyyələşdirən fondlar,  risk kapitalı sistemləri,  universitet-biznes əməkdaşlığı,  startap ekosistemləri,  dövlət dəstəyi mexanizmləri  formalaşdırılmışdır. Məsələn, ABŞ-da Silikon Vadisi, İsraildə startap ekosistemi, Cənubi Koreyada texnoloji klasterlər, Türkiyədə “TEKNOFEST” və texnologiya fondları uzunmüddətli dövlət və ictimai siyasətin nəticəsidir.  Bu ölkələrdə əsas prinsip belədir  “İdeya varsa, ona dəstək də olmalıdır.”

Vətəndaş təşəbbüsləri niyə vacibdir?..  

Ən böyük innovasiyalar çox vaxt böyük bürokratik strukturlardan deyil, fərdi təşəbbüslərdən doğur.  Çünki  dövlət strukturları adətən konservativ olur, vətəndaş təşəbbüsləri isə daha çevik və yaradıcı olur.  Müasir innovasiya iqtisadiyyatında  kiçik komandalar,  fərdi tədqiqatçılar,  müstəqil mühəndislər, universitet qrupları böyük dəyişikliklər yarada bilir. Bu səbəbdən  vətəndaş təşəbbüsləri innovativ inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. Əgər ölkədə  sərbəst təşəbbüs, eksperiment aparmaq imkanı, alternativ düşüncə  məhduddursa,  innovativ inkişaf da zəifləyir…

Türkiyə modeli və vəqf sistemi…  

Türkiyədə innovativ təşəbbüslərin dəstəklənməsi üçün  vəqflər, texnologiya fondları, bələdiyyə proqramları, universitet texnoparkları, biznes sponsorluğu geniş tətbiq edilir. Xüsusilə “TEKNOFEST”, “TÜBİTAK” proqramları, universitet startap mərkəzləri gənclərin texnologiyaya yönəlməsində böyük rol oynayır.  Burada mühüm məqam dövlət, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq modelinin qurulmasıdır.  Belə sistemlər yeni ideyaların ortaya çıxmasına,  gənclərin motivasiyasına, texnoloji sahibkarlığın artmasına şərait yaradır. Ən vacibi isə  innovasiya yalnız paytaxt mərkəzli olmur, regionlara da yayılır…

Biznesin sosial məsuliyyəti və innovasiya…  

İnkişaf etmiş ölkələrdə böyük şirkətlər  yalnız mənfəət əldə etməyə deyil,  innovasiya ekosisteminin formalaşmasına da yatırım edir.  Bu model korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir.  Şirkətlər startaplara investisiya edir, universitet layihələrini maliyyələşdirir, texnologiya yarışları təşkil edir, sosial innovasiya proqramları yaradır.  Bir çox ölkədə bu fəaliyyətlər üçün  vergi güzəştləri, hüquqi təşviqlər, dövlət dəstəyi  mövcuddur.  Nəticədə biznes innovasiyanı xərc deyil, gələcəyə investisiya kimi görür.

Azərbaycanda innovativ inkişafın əsas problemi…   

Azərbaycanda isə innovasiya sahəsində əsas problemlərdən biri  təşəbbüs mühitinin zəifliyidir.  Bir çox hallarda innovativ ideyaların maliyyə mənbəyi yoxdur, müstəqil layihələr dəstək tapmır, risk kapitalı bazarı formalaşmayıb, universitet-startap əlaqələri zəifdir. Gənclər ideya yarada bilir, amma onu reallaşdırmaq üçün ekosistem tapa bilmir.  Nəticədə ya ideya yarımçıq qalır, ya da xarici ölkələrə yönəlir.  Bu isə  intellektual resurs itkisi,  beyin axını,  texnoloji asılılıq yaradır… 

“Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır…” 

(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).

Startap bizdə  niyə azdır?.. 

Beynəlxalq hesabatlarda qeyd edilir ki, 2025-cı ildə dünyada 50 milyon  startap yaranıb, deməli,  əhalinin hər 1000 nəfərinə ortalama 6 startap düşür,  Azərbaycanda isə  2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən  nə az, nə də çox, 2000 dəfə azdır. Bu bizim insan kapitalının, postneft erasına hazırlığın səviyyəsini göstərir. Bu bizim elm, təhsil, innovasiyanın, yəni ETN-nin 25 illik fəaliyyətinin  real göstəricisidir… 

Ölkədə startapların az olmasının səbəbi yalnız maliyyə azlığı deyil…  

Əsas problemlər  təşəbbüs mədəniyyətinin zəifliyi,  bürokratik maneələr, risk qorxusu, hüquqi dəstəyin məhdudluğu, investor ekosisteminin zəifliyi, innovativ uğursuzluğa mənfi münasibət ilə bağlıdır.  Halbuki innovasiya çoxsaylı uğursuzluqlar üzərindən inkişaf edir. Silikon Vadisində uğursuz startap təcrübə sayılır. Bizdə isə uğursuzluq çox vaxt sosial və peşəkar damğa kimi qəbul edilir. Bu isə insanları risk etməkdən, yeni ideya sınamaqdan  uzaqlaşdırır…

Təhsil sistemi və innovasiya problemi…   

İnnovasiya sadəcə iqtisadi məsələ deyil.   Bu həm də  təhsil problemidir.  Əgər məktəb əzbərçiliyə, itaətə, standart cavablara  əsaslanırsa, onda yaradıcı düşüncə, eksperiment, təşəbbüskarlıq formalaşmır.  Müasir innovasiya iqtisadiyyatı sərbəst düşünən,  problem həll edən, texnologiya yaradan  insanlara ehtiyac duyur.  Bu səbəbdən təhsil, innovasiya,  iqtisadi inkişaf bir-biri ilə birbaşa bağlıdır.

“Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.  Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər…” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).

Rəqəmsal dövrdə geridə qalmaq riski…   

Hazırda dünya süni intellekt, robototexnika, kvant texnologiyaları, biotexnologiya dövrünə daxil olur. Belə bir şəraitdə innovasiya sahəsində geridə qalmaq  sadəcə texnoloji problem deyil,  milli təhlükəsizlik problemidir.  Əgər ölkə texnologiya istehsal etmirsə,  yalnız istehlakçıya çevrilir. Bu isə iqtisadi asılılıq, intellektual  əyalətçilik,  rəqabət qabiliyyətini  azaldır… 

İnnovasiya ekosistemi formalaşdırmaq  üçün nə etməli?.. 

1. Müstəqil innovasiya fondları yaradılmalıdır.  Vətəndaş təşəbbüsləri üçün kiçik qrantlar, risk kapitalı, startap dəstəyi təmin olunmalıdır.

2. Biznes üçün vergi təşviqləri tətbiq edilməlidir.  Şirkətlər texnologiya layihələrinə, universitet proqramlarına, gənclər təşəbbüslərinə  investisiya etdikdə vergi güzəştləri əldə etməlidir.

3. Universitetlər innovasiya mərkəzinə çevrilməlidir.  Universitet yalnız diplom verən yer deyil, startap və texnologiya istehsal edən mühit olmalıdır.

4. Uğursuzluq mədəniyyəti dəyişməlidir.  İnnovasiya üçün eksperiment, risk, səhv etmək  hüququ  tanınmalıdır. Dünyada startap və innovativ layihələrin  90 % uğursuz olur. 

5. Regionlarda innovasiya mərkəzləri yaradılmalıdır.  İnnovasiya yalnız paytaxtda cəmlənməməlidir.  Gəncə, Qarabağ, Lənkəran, Naxçıvan üçün  “Regional  innovativ inkişaf   proqramı” hazırlanmalı, “Regional  innovativ inkişafı mərkəzləri” yaradılmalıdır (artıq bəzi proseslərə start verilmişdir). Bu proseslər normal maliyyələşməli,  icrası ciddi nəzarətdə saxlanılmalıdır…  

İnnovasiya sərəncamla yaranmır, inzibati göstərişlə inkişaf etmir… 

İnnovasiya  azad düşüncə, təşəbbüs mühiti, maliyyə dəstəyi, institusional etimad olan yerdə formalaşır.  Əgər vətəndaş təşəbbüsləri dəstəklənmirsə, innovativ ideyalar maliyyə tapa bilmirsə, gənclər risk etməkdən qorxursa,  onda innovativ inkişaf real ola bilməz.

Müasir dünyada ən böyük sərvət neft, qaz, xammal deyil, yaradıcı insan kapitalıdır.  Bu səbəbdən postneft  dövründə  ölkənin gələcəyi innovasiyaya nə qədər vəsait ayrılması ilə paralel, innovativ insanlara  təşəbbüslərini reallaşdırmağa  hansı imkanlar  yaradılmasından da asılı olacaqdır…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri