Icma.az
close
up
RU
Rəqəmsal dövrə baxmayaraq, Danimarkada ənənəvi kitaba üstünlük verənlərin sayı artır

Rəqəmsal dövrə baxmayaraq, Danimarkada ənənəvi kitaba üstünlük verənlərin sayı artır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Stokholm, 23 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Danimarkada ənənəvi kitablar nəzərəçarpacaq yüksəliş dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, dekabr ayında dərc olunmuş Kitab Panelinin yeni illik hesabatına əsasən, danimarkalılar son on il ərzində daha çox kitab oxuyur və alır. Ötən il, ümumilikdə, 32 milyon ənənəvi kitab, audiokitab və elektron nəşr istifadəçilərə təqdim olunub, satışlar isə əvvəlki dövrlə müqayisədə 8,5 faiz artıb.

Mətbəə məhsulu olan kitablara marağın artması qismən ekranlardan yorulma və daha şüurlu oxumağa yönəlmə ilə əlaqələndirilir. Mədəniyyət naziri Yakob Engel Şmidt bu meyili müsbət qiymətləndirərək vurğulayıb ki, sərt rəqabət şəraitində ənənəvi kitab öz dəyərini qoruyub saxlayır. Əlavə amillərdən biri də kitabxanaların aktiv fəaliyyətidir. Kitabxanalar yeni tədbirlər formatı düşünür, xüsusilə uşaqlı ailələri, eləcə də 30–50 yaş qrupuna aid oxucuları cəlb edirlər.

Eyni zamanda, ekspertlər hesab edirlər ki, ənənəvi kitabın uğurunu yalnız rəqəmsal texnologiyalardan imtina ilə izah etmək düzgün deyil. Bu prosesdə marketinq, yeni təşviq formaları və kitabxana mühitinin inkişafı da mühüm rol oynayır.

Ümumi artım fonunda elmi-populyar və peşəkar ədəbiyyat daha çox çətinliklərlə üzləşir. Bu seqmentdə nəşriyyatların sayı azalır, çünki belə kitablar audioformat üçün daha az uyğun gəlir və yüksək diqqət tələb edir. Yeni “non-fikşn” ədəbiyyatı (fantaziyaya deyil, real faktlara, hadisələrə və biliklərə əsaslanan geniş qeyri-bədii əsər kateqoriyası) nəşr edən nəşriyyatların sayı bir il ərzində 609-dan 463-ə enib.

“Kitablarımız striminq xidmətləri (seç və izlə - red.) vasitəsilə satıldıqda, ən yaxşı nəticəni müəyyən ədəbiyyat növləri, məsələn, pozitiv ruhlu kitablar və detektivlər göstərir. Bunlar silsilə şəklində nəşr olunan əsərlərdir, oxucular bir kitabı bitirdikdən sonra digərlərini dinləməyə davam edə bilirlər”, – deyə yeni ədəbi tövsiyələr üzrə ekspert qrupunun üzvü, yazıçı İben Mondrup bildirib.

Bununla yanaşı, müəlliflər bütün janrların əlçatanlığının qorunmasının vacibliyini vurğulayaraq, dərin və mənalı oxu mədəniyyətinin dəstəklənməsinin əhəmiyyətini xüsusi qeyd edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri