Icma.az
close
up
RU
“Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun ilk iclası keçirilib AZƏRTAC

“Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun ilk iclası keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun ilk iclası baş tutub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclas Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyətinin sədri İnarə Vəliyeva və İRİA-nın idarə heyəti sədrinin müavini Şahin Əliyevin rəhbərliyi ilə keçirilib. Bununla yanaşı, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir sıra digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

İlk iclasda Azərbaycanın rəqəmsal hökumət infrastrukturunda mövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsas strategiyalar və konkret tədbir planlarının hazırlanması məsələləri müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın EHİİ reytinqini növbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildə yaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrə fəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraq razılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, yeni yaradılan İşçi qrupunun əsas məqsədi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün müvafiq meyarlar üzrə hazırlanmış fəaliyyət planının icrasını təmin etməkdir. Fəaliyyət planı əlaqədar dövlət qurumları ilə koordinasiyalı şəkildə icra ediləcək.

İşçi qrupu müntəzəm olaraq toplanacaq, irəliləyişləri qiymətləndirəcək, qarşıya çıxan çətinlikləri müzakirə edəcək və rəqəmsal idarəetmə təşəbbüslərinin uğurla həyata keçirilməsini təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri