Icma.az
close
up
RU
Rəqəmsal inkişaf dövlət siyasətinin strateji prioritetlərindəndir

Rəqəmsal inkişaf dövlət siyasətinin strateji prioritetlərindəndir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

XXI əsrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə qədər bütün sahələrdə köklü dəyişikliklərə səbəb olur. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq yalnız informasiya-kommunikasiya texnologiyalarının tərkib hissəsi deyil, həm də iqtisadi inkişafın, milli təhlükəsizliyin və dövlətlərin qlobal rəqabət qabiliyyətinin əsas göstəricilərindən hesab edilir. Bu baxımdan rəqəmsal transformasiya müasir dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, bütövlükdə idarəetmə sisteminin müasirləşdirilməsi, iqtisadiyyatın innovativ əsaslar üzərində inkişafı, insan kapitalının gücləndirilməsi və rəqəmsal texnologiyaların bütün sahələrdə geniş tətbiqidir.

Bu strateji yanaşmanın mühüm tərkib hissəsi kimi 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. Həmin qərarlar əsasında yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma sahəsində dövlət siyasətinin vahid koordinasiya mexanizmini formalaşdırıb. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, innovativ həllərin tətbiqini sürətləndirmək və rəqəmsal inkişafın strateji istiqamətlərini müəyyən etməkdir.

Bu istiqamətdə qəbul edilmiş ən mühüm sənədlərdən biri Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” olub. Bu sənəd qarşıdakı üç il üçün rəqəmsal transformasiyanın əsas hədəflərini, icra mexanizmlərini və prioritet istiqamətlərini müəyyən edir. Fəaliyyət Planı dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsini əsas məqsədlər kimi qarşıya qoyur.

İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu sahədə görülən işlərin qiymətləndirilməsi və qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. İclasda Fəaliyyət Planının icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil sisteminin rəqəmsallaşdırılması, innovasiya layihələrinin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi geniş müzakirə olunub.

Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban Əliyeva çıxışında vurğulayıb ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.

Hazırda həyata keçirilən islahatların mərkəzində vətəndaş yönümlü dövlət xidmətlərinin formalaşdırılması dayanır. Bu məqsədlə "mygov" və "mygov Biznes" platformalarının imkanları genişləndirilir. Ayrı-ayrı dövlət qurumlarının elektron xidmətlərinin vahid platformada birləşdirilməsi vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırır, vaxt itkisini minimuma endirir və xidmətlərin keyfiyyətini yüksəldir.

Rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri də proaktiv dövlət xidmətlərinin tətbiqidir. Bu yanaşma nəticəsində vətəndaş bir çox hallarda dövlət qurumuna müraciət etmədən, mövcud informasiya bazaları əsasında avtomatik xidmət əldə edə bilir. Pensiya təyinatı, sosial ödənişlər, müxtəlif bildirişlər və digər xidmətlərin mərhələli şəkildə proaktiv formada təqdim olunması dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinin formalaşdığını göstərir.

Rəqəmsal transformasiya yalnız dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmır. İnnovasiya ekosisteminin gücləndirilməsi də həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Hazırlanmış qanunvericilik paketi texnologiya şirkətlərinin inkişafını stimullaşdırmaq, vençur kapitalı bazarını formalaşdırmaq, startapların maliyyələşdirilməsini genişləndirmək və xarici investisiyaların cəlbini artırmaq məqsədi daşıyır.

Bu çərçivədə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, “Rəqəmsal Səyyah” vizasının yaradılması, innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi və tədqiqat fəaliyyətinin stimullaşdırılması Azərbaycanın regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün mühüm imkanlar yaradır.

Süni intellekt texnologiyalarının inkişafı da dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Bu sahədə milli hesablama infrastrukturunun yaradılması, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəyə verilməsi və innovativ layihələrin sınaqdan keçirilməsi üçün hüquqi mexanizmlərin hazırlanması davam etdirilir.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi qərarların daha operativ qəbul edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət resurslarından daha səmərəli istifadəyə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. Eyni zamanda, bu texnologiyalar iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın artırılmasına və yeni innovativ həllərin tətbiqinə geniş imkanlar yaradır.

Rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi güclü kibertəhlükəsizlik sisteminin formalaşdırılmasını da zəruri edir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması, kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi və süni intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi istiqamətində mühüm addımlar atılır.

Təhsil sahəsində həyata keçirilən rəqəmsal islahatlar isə gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri minlərlə şagirdə müasir texnologiyalar sahəsində bilik və bacarıqlar qazandırır. Elektron təhsil xidmətlərinin genişləndirilməsi, rəqəmsal sənədlərin tətbiqi və süni intellekt əsaslı tədris metodlarının hazırlanması təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Beləliklə, həyata keçirilən kompleks islahatlar təsdiqləyir ki, Azərbaycan rəqəmsal inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində görülən ardıcıl tədbirlər dövlət idarəçiliyinin müasirləşdirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və yüksək texnologiyalar əsasında dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Bu strateji kurs yaxın illərdə Azərbaycanın regionun rəqəmsal texnologiyalar və innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri