Rəqəmsal manatla nə edə biləcəyik? DETALLAR AÇIQLANDI
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Rəqəmsal manatın vətəndaşlar üçün gündəlik istifadədə xüsusi bir fərqi olmayacaq. Yəni onun bank kartındakı vəsaitdən böyük bir fərqi hiss edilməyəcək - pulun varsa xərcləyirsən, yoxdursa yoxdur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Karimli bildirib.
Onun sözlərinə görə, əsas fərq təhlükəsizlikdə və öhdəlikdədir: Dördpendirli pizza
“Hazırda kartdakı manat kommersiya bankında olan pulumuzdursa, rəqəmsal manat birbaşa Mərkəzi Bankda olan vəsaitimiz sayılacaq.
Bu isə o deməkdir ki, dövlətin baş bankı vətəndaş qarşısında birbaşa öhdəlik daşıyacaq. Misal üçün, hər hansı bir kommersiya bankı bağlananda vətəndaşın əmanəti yalnız müəyyən olunmuş limit çərçivəsində sığortalanır, qalan hissənin qaytarılması isə sual altında qalır.
Rəqəmsal manatda isə Mərkəzi Bank məbləğin həcmindən asılı olmayaraq vəsaitə tam cavabdehlik daşıyır. Yəni kommersiya bankında pul müəyyən risk altında olduğu halda, Mərkəzi Bankda olan vəsait tam riskdən azaddır”.
Ekspert qeyd edib ki, bu cür yeniliklərin nağd pul dövriyyəsini daha da azaldacağı gözlənilir:
“Bununla belə, nağd pulun tamamilə sıradan çıxması inandırıcı görünmür. Çünki vətəndaşlar texniki problemlərə qarşı tədbir görmək, xüsusi məxfiliyi qorumaq və ya sadəcə vərdişləri səbəbindən cibində müəyyən qədər nağd pul saxlamağa davam edəcəklər.
Gələcəkdə vətəndaşların vəsaitlərini kommersiya bankları əvəzinə Mərkəzi Bankda saxlaması kommersiya bankları üçün müəyyən gəlir itkilərinə — məsələn, əməliyyat kоmissiya gəlirlərinin azalmasına yol aça bilər. Lakin banklar belə halları kompensasiya etmək üçün müxtəlif alternativ yollar tapmaq təcrübəsinə malikdirlər. Hazırda Mərkəzi Bank bu prosesi tələsdirmir və dünyada gedən analoji təcrübələri diqqətlə izləyir”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















