Icma.az
close
up
RU
Rəqəmsal mediada jurnalist etikası zəifləyir BDU dosenti narahatlığını açıqladı

Rəqəmsal mediada jurnalist etikası zəifləyir BDU dosenti narahatlığını açıqladı

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Aygün Əzimova: "Mətbuat bu gün də cəmiyyətin düşüncə tərzini formalaşdıran əsas institutlardan biridir"

22 iyul Azərbaycan milli mətbuatının yaranmasının ildönümü və Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi"nin nəşrə başlaması ilə bağlıdır.

“Əkinçi” yalnız milli mətbuatın əsasını qoymaqla kifayətlənməyib, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması, ana dilinin inkişafı və ictimai fikrin təşəkkülündə mühüm rol oynayıb. Ötən dövr ərzində Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında və milli dəyərlərin qorunmasında əhəmiyyətli missiya yerinə yetirib. Milli Mətbuat Günü bu zəngin tarixi irsi xatırlamaq, mətbuatın keçdiyi yolu dəyərləndirmək və onun müasir dövrdəki rolunu bir daha nəzərdən keçirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Sherg.az-a 22 iyul tarixinin önəmindən və hazırda mətbuatımızın qarşılaşdığı problemlərdən danışıb:

"“Mətbuatı olmayan millətin mövcudiyyəti, istiqabalı qətiyyən yoxdur" (Ö.F.Nemanzadə) söyləyən qələm sahibləri mətbuat yarandığı gündən bu günə qədər оnu doğru-düzgün təməl üzərində qurmaq, “vilayətin aynasına” (H.Zərdabi) çevirmək, “millətin dili məqamında" (S.Hüseyn) qiymətləndirmək yolunda çətin sınaqladan keçiblər. Klassik mətbuatımızdan bu günümüzə körpü salsaq görərik ki, milli şüurun formalaşmasında, xalqın maariflənməsində, milli düşüncənin və milli dilin qorunmasında mühüm rol oynayan mətbuat bu gün də bu ənənəni davam etdirir. Elmə, təhsilə və ictimai məsələlər müasir dövrümüzdə də jurnalistikanın əsas istiqamətlərindən biri kimi önəm kəsb edir. Bu da cəmiyyətin inkişafının əsasını təşkil edir. 

Bu gün jurnalistika cəmiyyətin inkişafının əsas faktorlarından biri kimi ictimai məlumatlandırma, maarifləndirmə, nəzarət və sosial dəyişiklik yaratmaq gücü baxımından da qiymətləndirilir. Müasir dövrdə jurnalistika yalnız xəbərləri çatdıran sahə deyil, həm də cəmiyyətin düşüncə tərzinin formalaşmasına müsbət təsirə malik mühüm institutdur. Belə ki, ölkədə və dünyada baş verən həm siyasi, həm iqtisadi, həm də sosial və mədəni hadisələr haqqında operativ və düzgün məlumatlar verir. Bu da cəmiyyətin daha düzgün qərarlar qəbul etməsinə və dövlətin inkişafına xidmət göstərir. İctimai nəzarət vasitəsi rolunda çıxış edən 

mətbuat dövlət qurumlarının və strukturların fəaliyyətində şəffaflığın artırılmasına və cəmiyyətin inkişafına mane olan ciddi problemlərin üzə çıxarılmasında da böyük rol oynayır". 

Müdahibimiz bildirib ki, müasir dövrün texnoloji inkişafı çap vasitələri ilə yayılan xəbərlərin internet, sosial media və rəqəmsal platformalar vasitəsilə daha sürətli və qlobal səviyyədə cəmiyyətə çatdırılmasını zəmin yaradıb: 

"Bunu müəyyən mənada müsbət qiymətləndirmək lazımdır. Lakin mənfi tərəflərini də qeyd etmək vacibdir. İnternet, sosial media və rəqəmsal platformalardan fərqli olaraq ənənəvi mətbuatda etibarlılıq və redaktə nəzarəti var. Məlumatları məsul şəxs yoxlanışdan keçirdiyi üçün səhv məlumatların yayılmasına az təsadüf edilirdi. İnternet, sosial media və rəqəmsal platformalarda isə dezinformasiya, saxta xəbərlər və manipulyativ məzmun çoxluq təşkil edir. 

Ona görə müasir mətbuat cəmiyyətin ən vacib informasiya mənbələrindən biri olsa da, onun etibarlılığının yoxlanılması vacib məsələdir. 

Çap mediasının zəifləməsi əsasən internet, sosial şəbəkələr və rəqəmsal platformaların yüksəlişi ilə bağlıdır. İnsanlar xəbəri daha sürətli, pulsuz və interaktiv formada almağa cəhd edirlər. 

Çap mediası uzun illər jurnalistikanın əsas dayaqlarından biri olub. Redaksiya süzgəcindən keçən materiallar, araşdırma yazıları və analitik məqalələr daha böyük rol oynasa da çapın zəifləməsi bəzən səthi, yoxlanılmamış məlumatların yayılmasına şərait yaradır.

Ən ciddi məsələ isə çap mediasının müəyyən qədər zəifləməsidir. Çap materiallarının uzun müddət saxlamasını və tarixi mənbə kimi istifadə olunmasını, tarixi salnamə rolunu dəyərləndirsək, deyə bilərik ki, bu sahəyə xüsusi diqqət yetirilməklə peşəkar standartların qorunmasına da nail ola bilərik. Ona görə ki, klassik mətbuatda formalaşmış jurnalist etikası və məsuliyyət prinsipləri bəzən rəqəmsal mediada zəifləyir".

Aygün Əzimova vurğulayıb ki, “Əkinçi”dən tutmuş bu günə uzanan körpü həm böyük bir inkişaf tarixidir, həm də yeni çağırışlarla dolu bir yoldur:

"Əsas məqsəd keçmişin maarifçilik və peşəkarlıq ənənələrini qoruyaraq müasir texnologiyaların imkanlarından düzgün istifadə etməkdir.

22 iyul Milli Mətbuat günü münasibəti ilə həmkarlarımı təbrik edir, qələmlərinin həmişə yazar olmasını arzulayıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri