Icma.az
close
up
RU
“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 avqust, AZƏRTAC

Ağstafa rayon Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlərin yekununa həsr edilmiş iclas keçirilib.

Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri açan institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycanda elmin müasir tələblərə uyğun rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq olunub. İyunun 29-da isə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Alim türk mütəxəssislərin iştirakı ilə təşkil olunmuş nəzəri və praktiki təlimlərin Azərbaycan arxeologiyasında rəqəmsal texnologiyaların tətbiqi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, təlimlərdə azərbaycanlı arxeoloqlar rəqəmsal təsvirlərin hazırlanması, 3D modelləşdirmə və sənədləşdirmə texnologiyaları üzrə yeni bilik və bacarıqlar əldə ediblər. Artıq bu biliklərə yiyələnmiş arxeoloqlarımız hər bir tədqiqat ərazisinin müasir tələblərə cavab verən rəqəmsal modelini yaradacaqlar. Direktor türk mütəxəssislərə - Ege Universitetinin doktoru Zafer Derinə, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşeyə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi Hilal Beydemirə, habelə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivinə təşəkkürünü bildirib.

Daha sonra “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrdə aparılan tədqiqatlara böyük önəm verdiyini söyləyib. O, arxeoloji tədqiqatların rəqəmsallaşma işində dövlət qurumlarının və elmi tədqiqat müəssisələrinin birgə fəaliyyətinin yüksək nəticələrini qeyd edib.

Türk mütəxəssislər “Keşikçidağ” və “Qədim Şəmkir şəhəri” qoruqları ərazisindəki abidələrdə, həmçinin Gədəbəy rayonundakı Xarxar nekropolunda və Tovuz rayonundakı Göytəpə yaşayış məskənində aparılan tədqiqatlara əsasən, Azərbaycanda arxeologiya elminin böyük potensiala sahib olduğunu bildiriblər. Bu təlimlərin daha geniş vüsət alacağı, hər iki qardaş dövlətdə aparılan arxeoloji tədqiqatlarda elmi mübadilə çərçivəsində birgə əməkdaşlığın dərinləşməsinə böyük ümid bəslədikləri vurğulanıb.

Sonra türk mütəxəssislər təlimin təşkilatçılarına Türkiyənin qədim naxış üslubu ilə bəzədilmiş çini sinini hədiyyə ediblər.

Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Aqil Əliyev isə əldə olunan biliklərin qısa müddətdə arxeoloji çöl və kameral tədqiqatlarda tətbiqinin Azərbaycanın rəqəmsal arxeologiyasının beynəlxalq elm ictimaiyyətində layiqli təmsil olunması üçün geniş imkanlar yaradacağını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra türk təlimçilər abidələrin və qazıntı ərazilərinin 3D təsvirlərinin müxtəlif istiqamətlər üzrə emalı və tapıntıların LiDAR texnologiyası vasitəsilə üçölçülü təsvirlərinin yaradılması üzrə son nəzəri-praktiki təlimlərini keçiblər. Bununla da dörd gün davam etmiş “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri