Icma.az
close
up
RU
“Rəqəmsal qızıl”ın dəyəri 100 min dollara çatıb

“Rəqəmsal qızıl”ın dəyəri 100 min dollara çatıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

 “Bitcoin” yığımı investorlar üçün cəlbedici alətə çevrilməkdədir

Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artaraq rekordu təzələyib. Ötən həftənin sonlarında virtual pul bazarında  “Bitcoin”in qiyməti 100 min dollara çatıb. Son 3 gündə qlobal bazarlarda kriptocüzdan sahiblərinin aktivləri bu valyuta ilə kəskin dolub. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəldib. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2 trilyon dollara yaxındır. Yeri gəlmişkən, “Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ötən ilin sonlarından etibarən yürütdüyü monetar siyasət bu kripovalyutanın dəyərinə davamlı olaraq təsir edir.

Trampın tarif rejimini yumşaltması virtual pula yeni dəyər qazandırıb

Ekspertlər “Bitcoin”in qiymət artımının siyasi amillərlə bağlılığını istisna etmir. ABŞ Prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınması və yeni hüquqi-iqtisadi  mühit yaratması virtual pul alətlərinin indeks göstəricilərini yaxşılaşdırıb. Xüsusilə də Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təyin edilən yeni rəhbər rəqəmsal aktivlər üzrə peşəkar kadrlardandır. Yeri gəlmişkən, rəqəmsal valyutanın martın ilk ongünlüyündə bahalaşmasına təsir göstərən amillərdən biri Donald Trampın bir ay əvvəl elan etdiyi kəskin tarif siyasətindən imtina edərək ticari rejimi yumşaldacağına dair bəyanatı da mühüm təsir göstərməkdədir.

Xüsusilə də, Trampın Böyük Britaniya ilə iri ticarət müqaviləsi bağlanacağına dair açıqlamasından sonra yeni bazar sıçrayışları baş verib. İnvestorlar prezidentin bu bəyanatını beynəlxalq gərginliyin azalacağına siqnal kimi qəbul ediblər və kriptobazarda son bir ayda müşahidə edilən psixoloji təlaş aradan qalxıb. Eləcə də ABŞ və Çin arasında yaxın günlərdə gözlənilən danışıqlar da müsbət siqnallar verməkdədir. Bir sözlə, kriptovalyuta bazarında volotillik investorların davranışına ciddi təsir edir və kriptoyığımlarda həssaslığı artırır.

Rəqəmsal pula marağın artması və yığım aktivi kimi saxlanması üçün etibarlı alətə çevrilməsi birja cüzdanlarında da dayanıqlılığı möhkəmləndirir. Artıq iri səhmdarlar arasında “Best Wallet” kriptocüzdanına xüsusi maraq yaranıb. Eləcə də “Ethereum”, “XRP”, “Dogecoin” və “$TRUMP” kimi altkoinlərə də tələbat artmaqdadır.

Göründüyü kimi “Bitcoin” üçün əlverişli bir mühit yaranıb, “rəqəmsal qızıl” kimi statusu möhkəmlənir və onun maliyyə dünyasında əhəmiyyətli bir aktivə çevrilməsi qarşısıalınmaz prosesdir.

Azərbaycanda kriptovalyutalar riskli hesab edilir

Azərbaycanda blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivi hesab edilir. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.

Azərbaycan bu virtual valyutanı emissiya etməyib və hesablaşmalarda, bazar əməliyyatlarında kriptovalyutadan istifadə olunmur. Ölkəmiz xarici valyuta seqmentlərinə, ələlxüsus da kriptobazarlara inteqrasiya olunmayıb, yerli səhmdarların və investorların, qiymətli kağızlar bazarının emitentlərinin virtual alətlərlə əməliyyatları həyata keçirilmir.

ELBRUS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri