Icma.az
close
up
RU
Rəqəmsal quyular DÖVRÜ Süni intellekt dünyanın neft sənayesini NECƏ DƏYİŞİR?

Rəqəmsal quyular DÖVRÜ Süni intellekt dünyanın neft sənayesini NECƏ DƏYİŞİR?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq payız başa çatmaq üzrədir. Yəqin bu ilki kimi biz iqlim dəyişmələrini hələ bu səviyyədə müşahidə etməmişdik: yay da, payız da ümumən mülayimliyi ilə yadda qaldı. 
 

MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə neft hasilatı ARTACAQ?


COP30 necə yekunlaşdı?
Bu il Braziliyada iqlim dəyişmələri üzrə BMT çətiri altında keçirilən COP30-un yekunu kimi “enerji keçidi” məsələlərinin maliyyələşdirilməsində bir il əvvəl Bakıda qəbul olunmuş qərarların davamı olaraq irəliyə doğru daha bir addım atıldığı vurğulansa da, amma ənənəvi yanacağın tədricən azaldılması və ondan istifadənin dayandırılması yönümündə geriyə doğru addımla yadda qaldı.
Əgər dünya KİVlərində bu haqda yazılanları ümumiləşdirsək, bir çoxları üçün COP30 "itirilmiş imkanlar ili" kimi yekunlaşdı: dünya növbəti dəfə maliyyə vədləri aldı, lakin karbon emissiyalarının azaldılması kimi əsas məsələdə real öhdəliklər yenə müəmmalı qaldı.
Beynəlxalq tədbirdə təmiz enerjiyə keçidi sürətləndirmək planı razılaşdırıldı, di gəl ki, neft, qaz və kömür hasilatının tədricən dayandırılması ilə bağlı heç bir dəqiq öhdəlik götürülmədi.  İqlim dəyişiklikləri ilə bağlı sammitin əsas məyusluğu da bunda idi.
 

Braziliya Prezidenti Lula da Silva yekun çıxışında "iqlim dəyişikliyi gələcəyin təhdidi deyil, bu günün faciəsidir" fikrini səsləndirdi və ölkələri maliyyələşmə, enerji keçidi texnologiyaları üzrə öhdəliklərini yerinə yetirməyə çağırdı.


Neft-qaz nəhənglərinin planları.  
COP30-dan bir qədər öncə Böyük Britaniyanın bp şirkəti ənənəvi enerji daşıyıcılarının istehsalının indiki şəraitdə dümya iqtisadiyyatının artan tələbatını ödəmək üçün ən əlçatan vasitə olduğunu vurğulamışdısa, Braziliyadakı tədbir başa çatar-çatmaz özünün yaşıl enerjiyə olan hədsiz sevgisi ilə seçilən Norveç kimi dövlətin hökumətə bağlı “Equinor” şirkəti də orta perspektivdə neft və qazdan istifadənin qaçılmaz olduğunu bəyan etdi.
“Equinor” şirkətinin baş direktoru Anders Opedal noyabrın 25-də çıxışı zamanı bildirib ki, şirkət özünün neft-qaz hasilatını 2035-ci ildə 2020-ci il səviyyəsində saxlamaq üçün növbəti 10 il ərzində təkcə Norveç sularında 250 kəşfiyyat quyusu qazmaq məcburiyyətindədir və bu məqsədlə indiki kursla 5,86 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bəs şirkət nədən yenidən neft və qaz kəşfiyyatını artırır? Çünki onun gözləntisi budur ki, ənənəvi yanacağa tələbat davamlı olaraq artacaq. “Equinor” şirkətinin rəhbəri çıxışında əvvəllər aşağı karbonlu texnologiyaların tətbiqi tempinə həddindən artıq nikbin yanaşdığını vurğulayıb və əlavə edib ki, enerji keçidi reallıqda daha yüksək xərclərin ortaya çıxmasını göstərib.
 

"Biz hələ də yaşıl texnologiyalara inanırıq. Lakin onların nə qədər tez reallığa çevriləcəyinə həddindən artıq nikbin baxmışıq. Mən hələ də əminəm ki, onlar gələcəkdə həlledici rol oynayacaqlar. Amma bunun nə vaxt baş verəcəyinə hazırda əmin deyiləm", - deyə Norveçin neft-qaz nəhənginin rəhbəri söyləyib.


Amma, onu deyim ki, əsas məsələ kimin nə zaman Yerin altındakı enerjidən imtina etməsinə bağlı deyil. Onun Yerin üstündə olan enerji ilə tam əvəzlənməsinə keçidi üçün lazım olan kapitaldır. Və əslində bu gün yeni dünya düzəni uğrunda böyüklü-kiçikli cəmi ölkələrin apardığı mübarizə də gələcək zamanın kapitalı uğrunda olan çarpışmadır.
Xəzər texniki konfransı
Yola saldığımız həftə Bakıda ənənəvi enerji mütəxəssislərinin toplandığı maraqlı bir beynəlxalq tədbir keçirildi. Söhbət beynəlxalq neftçi-mühəndislər birliyinin təşkilatçılığı ilə keçirilən konfransdan gedir. Qeyd edim ki, “Xəzər Texniki Konfransı” regionun ən mühüm neft-qaz sənayesi tədbirlərindən biridir və ənənəvi olaraq bütün Xəzər hövzəsindən ekspertləri, şirkət nümayəndələrini bir araya gətirir. 30-dan çox ölkədən 100 şirkəti təmsil edən 500-dən çox mütəxəssisin Bakıda toplaşmasının regiona olan beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirmək olar.
Bu tədbirdə mənim diqqətimi çəkən o oldu ki, artıq süni intellekt neft-qaz sənayesindəki proseslərə necə sürətlə inteqrə edilməyə başlayır. Yataqların səmərəliliyinin artırılması, eləcə də hasilatın təhlükəsizliyi və dayanıqlı təchizat məsələlərində süni zəkanın imkanlarından yararlanan şirkətlər get-gedə çoxalır.
"Halliburton" şirkətinin Şərqi Yarımkürə üzrə prezidenti Şannon Slokum konfransda bildirib ki, neft sənayesində artıq ənənəvi üsullarla yüksək nəticələr əldə etmək get-gedə mürəkkəbləşir. Onun sözlərinə görə, süni intellekt neft sənayesini yeni mərhələyə aparır.
Bu nailiyyət təkcə sürət baxımından deyil, həm də yatağın işlənməsinin dəqiqliklə müəyyən edilməsində əhəmiyyət kəsb edən bir prosesə çevrilir. Təsəvvür edin ki, indi qazma prosesində istifadə edilən çox həssas sensor və detektorlardan alınan çoxsaylı məlumatlar əsasənda süni intellekt 10 km dərinlikdə belə işləyən baltanın 3 metr sonra hansı süxurlarla rastlaşacağını, bunun üçün nə qədər enerji sərf edilməsini, baltanın hansı dövriyyədə fırlanmasının optimal rejimini müəyyənləşdirir. Məhz bu cür həllər hesabına anomal lay təzyiqlərində baş verə biləcək mümkün qəzalardan yayınmağa nail olunub. Bu isə təkcə qazma sürətinin artırılması deyil, həm də şirkətlərin xeyli iş saatı və maddi resursa qənaəti deməkdir.  
Qalıq neftinin daha çox çıxarılması
Bu konfransda neft-qaz sənayesində yaşanan qlobal məsələlərlə yanaşı təbii ki, Azərbaycanın quruda və dənizdə həyata keçirdiyi neft-qaz layihələrdən də söz açıldı. SOCAR-ın hasilat məsələləri üzrə vitse-prezidenti Babək Hüseynovun köhnə yataqların yeni üsullarla və texnologiyalarla işlənməsi fikri daha çox diqqətimi çəkdi. Onun sözlərinə görə, Azərbaycanın köhnə neft yataqlarında neftçıxarma əmsalı ortalama olaraq 20% ətrafındadır. Yəni bu o deməkdir ki, bir yataqda müəyyən edilmiş geoloji ehtiyatların yalnız 1/5 hissəsini çıxartmaq olur.
 

Bu baxımdan Babək Hüseynov hesab edir ki, Sovet dövründən bəri Azərbaycanın neft sənayesindəki mövcud olan texniki baza son 30 ildə kəskin dəyişib və bu, qalıq ehtiyatların daha böyük hissəsinin hasilatına imkan verir. “Mənim üçün yatağın ehtiyatlarının cəmi 20%-ni çıxardıqdan sonra dayanmaq qəbul olunmazdır,” deyə SOCAR vitse-prezidenti vurğulayıb.  Təbii ki, köhnə yataqlarda neftverimlik əmsalını artırmaq üçün yeni texnoloji həllərin tətbiqi vacibdir.


Bu baxımdan SOCAR artıq gələn ildən uzun illər istismara baxmayaraq hələ də kifayət qədər çıxarıla bilən ehtiyatlara malik olan neft-qaz yataqlarını investorların istifadəsinə açmağı planlaşdırır. Bəs köhnə yataqlar hazırda nə dərəcədə inverstorlar üçün cəlbedicidir? Neft yataqlarının işlənməsinə böyük çeşiddə xidmət göstərən "Baker Hughes" şirkətinin nümayəndəsi Ouen O'Donnell konfransda çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, son dövrlərin praktikası göstərir ki, mövcud yataqların işlənməsi yeni açılan karbohidrogen sahələrindən orta hesabla 15 % daha ucuz başa gəlir. Yetkin yataqların ən böyük üstünlüyü əlavə həcmlərin hasilatı və bazara çıxarılması üçün daha az müddətinin tələb olunmasıdır.
Çünki yataqda əlavə infrastruktur yaratmağa ehtiyac qalmır. Bu isə həm layihələrin kapital yükünü azaltmağa, həm də layların istifadəsinin səmərəliliyini artırmağa imkanlar açır.
“Bahar” yatağına gətiriləcək yeni nəfəs
Qeyd edim ki, köhnə yataqların işlənməsi yönümündə SOCAR artıq dünyaca məşhur SLB şirkəti ilə əməkdaşlığı çərçivəsində yeni texnoloji həllərin tətbiqi yolu ilə “Bahar-Qum Dəniz” müqavilə sahəsində hasilatı artırmaq üçün addımlar atmağa başlayır. Yataqda yeni quyuların qazılması nəzərdə tutulur.
 

SOCAR-ın rəsmi saytındakı məlumatlara görə, 1968-ci ildə kəşf edilmiş “Bahar” yatağının unikallığı ondadır ki, burada qaz, neft və kondensat ehtiyatları mövcuddur. Yataqda maksimal neft-kondensat hasilatı 1975-ci ildə 896 min ton səviyyəsində, maksimal qaz hasilatı isə 1986-cı 6,7 milyard kubmetr göstəricisi ilə qeydə alınıb. Yataqda işlənmənin əvvəlindən ötən ilə qədər ümumilikdə 203 quyu qazılıb, 131,5 milyard kubmetr qaz və 20 mln tona yaxın neft və kondensat hasil edilib. 


“Abşeron-2” layihəsi ləngiyir
Babək Hüseynov həmçinin Azərbaycanın ikinci ən böyük qaz yatağı hesab edilən “Abşeron” qaz-kondensat yatağında növbəti hasilat mərhələsinə hazırlıq işlərindən də danışıb və bildirib ki, "Abşeron"un İkinci mərhələsi üzrə bağlı yekun investisiya qərarı 2026-cı ildə veriləcək. Nəzərinizə çatdırım ki, bundan öncə "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarının bu ilin sonuna qədər veriləcəyi proqnozlaşdırılırdı.
Amma istənilən halda bu beşilliyin sonuna qədər “Abşeron”dan hasilata başlanılması və illik 5 mlrd kubmetrədək mavi yanacağın istehsal edilməsi gözlənilir. “Abşeron” yatağı 2011-ci ildə kəşf edilib və onun təkcə qaz ehtiyatlarının 350 milyard kubmetr olduğu bildirilir. Yataqda hasilat 2023-cü ilin 10 iyul tarixində başlayıb və cari il üçün yatağın işlənilməsi üzrə 1,5 mlrd kubmetrdən çox qazın və 600 min ton kondensatın hasil edilməsi gözlənilir. 
“Qarabağ” yatağında işlərə hazırlıq gedir
Bu ərəfədə isə bp şirkəti Azərbaycanın müstəqilliyi illərində hələ ki, yeganə açılan neft yatağının - “Qarabağ” yatağının işlənməsinə dair planlarını açıqlayıb. Belə ki, bp şirkəti iki mərhələli seysmik tədqiqatlar aparıldıqdan sonra "Qarabağ" yatağının mənimsənilməsi proqramının hazırlanmasına başlayacaq.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib ki, il ərzində şirkət yataq üzrə hazırlıq işlərini həyata keçirib və bu ilin sonundan başlayaraq genişmiqyaslı seysmik proqram reallaşdırmaq niyyətindədir. Seysmik proqram isə iki hissədən ibarət olacaq. Bunlardan biri dəniz dibi sensor qovşaqlardan istifadə edilməklə həyata keçiriləcək seysmik proqramdır. Digəri isə yüksək dəqiqlik və ultrayüksək həssaslıqlı sensorlarla aparılan seysmik işləri əhatə edəcək. Birinci seysmik proqram dekabrda başlayacaq və dörd ayadək davam edəcək. İkinci proqrama isə 2026-cı ilin təxminən mart-aprel aylarında start veriləcək və 45 gün müddətində onun başa çatdırılması proqnozlaşdırılır.
Bundan sonra yatağın işlənmə proqramı hazırlanacaq və ilkin qrafikə görə, 2029-cu ilin sonuna qədər müqavilə sahəsindən ilk neftin cıxarılması gözlənilir.
Beləliklə, hazırda neft hasilatının ildən ilə azalmasını yaşayan Azərbaycan neftçiləri məhz bu beşilliyin sonlarında “Qarabağ” yatağının istismara verilməsi, həmçinin köhnə yataqların reabilitasiya proqramı sayəsində hasilatın stabilləşdirilməsi yoluna çıxmaq əzmindədirlər. Bu isə o deməkdir ki, nefti gündəlikdən çıxartmaq hələ tezdir.
Bizim.Media     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri