Rəqib azarkeşlərə tüpürən futbolçuya 4 oyunluq cəza verildi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Börnli"nin yarımmüdafiəçisi Hənnibal Mejbri qeyri-idman hərəkətində günahkar bilinərək 4 oyunluq diskvalifikasiya alıb.
Sportal.az xəbər verir ki, hadisə 18 oktyabrda "Lids Yunayted"ə qarşı gərgin keçən matç zamanı baş verib. Qarşılaşma "Börnli"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Müstəqil Nizamlayıcı Komissiya müəyyən edib ki, 22 yaşlı sabiq futbolçu rəqib komandanın azarkeşlərinə doğru tüpürüb. Bu, matçın təxminən 67-ci dəqiqəsində baş verib. Mejbri həmin zaman meydanda olmayıb. O, tribunaların yanında isinmə hərəkətləri etdiyi vaxt qeyri-etik jest edib.
Tunisli yarımmüdafiəçi 4 oyunluq cəzalandırılıb, həmçinin 15 min funt sterlinq məbləğində cərimələnib. Oyunçu öz günahını etiraf edib və qeyri-adekvat davranışla bağlı ittihamlarla razılaşıb.
Mejbri "Nyuaksl", "Fulhem", "Bornmut" və "Everton"la oyunları buraxacaq. O, yalnız dekabrın sonunda meydana qayıda biləcək.
Qeyd edək ki, Tunis millisinin üzvü olan Hannibal Mejbri bu mövsüm "Börnli"nin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















