Rəqib bizdən üstün idi Elmar Baxşıyev
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Oyun haqda çox danışa bilməyəcəyəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, iki oyunu düşünməliyik".
Mütəxəssis futbolçusu Ramon Maçadonun zəif oyun göstərdiyini bildirib: "Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi".
E.Baxşıyev növbəti turda "Şamaxı" ilə oyunda üçüncülüyü rəsmiləşdirə bilib-bilməyəckləri ilə bağlı suala belə cavab verib: "Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq".
O, komandada rahatçılığın olduğunu qeyd edib: "Onu da gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 May 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















