“Rəqib tərəfin açıqlamalarına baxanda bunu hiss edirdik” Bəhlul Mustafazadə
Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Benfika” üzərində qazanılan tarixi qələbəni şərh edib.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçu komandanın oyuna inamla çıxdığını bildirib:
“Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq”.
Mustafazadə “Benfika” tərəfdarlarının matçdan əvvəl böyükhesablı qələbə gözlədiyini də vurğulayıb:
“Rəqib tərəfin açıqlamalarına baxanda bunu hiss edirdik. Amma futboldur, müasir futbolda hər komanda digərinə qalib gələ bilər. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 17 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















