Icma.az
close
up
RU
“Rəqibin texniki zonasındakılar özlərini yaxşı aparmadı” Kaşkilya

“Rəqibin texniki zonasındakılar özlərini yaxşı aparmadı” Kaşkilya

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XIV turunun “Sumqayıt” – “İmişli” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– İlk hissədə yaxşı oyun göstərə bilmədik. Ağır oyunlardan sonra fiziki problemlərimiz var idi. İlk hissədəki oyunu təhlil edəcəyik. “Sumqayıt” birinci yarıda üstün oynadı. İkinci hissədə dəyişiklik etdik və oyuna qoşulduq. Əvəzetmələr təsirini göstərdi. Keyfiyyət artdı, qol imkanları yaratdıq. 100 faizlik epizod da qaçırdıq. Futbol elə oyundur ki, şanslardan yararlanmaq lazımdır. Rəqibin qolu zamanı keyfiyyətsiz zərbə ilə gələn ötürmə oldu və hücumçu keyfiyyəti hesabına fərqləndi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq, şans qazandıq, amma penaltidən yararlana bilmədik.

– Əsas heyətinizdə bir yerli oyunçu var idi. Bu qədər legionerlə 9-cu yerdəsiniz. Onlar olmasaydı, necə olardı?
– Məşqçi olaraq, yerli və ya əcnəbi arasında fərq qoymuram. Rəqabətdə kim üstündür, onu oynadırıq.

– Oyunun sonlarında yaşanan mübahisə nə ilə bağlı idi?
– Hər iki komandada gərginlik oldu. Rəqibin texniki zonasındakılar özlərini yaxşı aparmadı. Futbolda belə hallar qəbul edilməzdir. Hər kəs özünü ələ almağı bacarmalıdır.

– Artıq üçüncü dəfədir, penalti qaçırırsınız. Bu, nəylə bağladır?
– Cavab tapmaq çətindir. Məşqlərdə penaltilər üzərində də işləyirik. Lakin oyundakı penaltilər fərqlidir. Son dəqiqələrdə penalti qaçırırıq. İbrahim “Sabah”la oyunda son dəqiqədə qol vurmuşdu. Bu gün isə qaçırdı. Futbolda belə hallar normaldır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Dekabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri