Rəqqas soydaşlarımız “Viktoriya Qlobal Etnik Rəqs Festivalı”nda çıxış ediblər
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Avstraliyanın Melburn şəhərində keçirilən “Global Ethnic Dance Festival of Victoria” rəqs festivalında soydaşlarımız ölkəmizi, milli mədəniyyətimizi təmsil edib.
Reza Xodayari, Məhsa Qənbəri və “AZSA” rəqs qrupunun ifasında “Uzundərə” rəqsi böyük rəğbətlə qarşılanıb.
Festivalda Türkiyə, Rusiya, Malayziya, Sinqapur, Makedoniya, Nepal, Hindistan, Çin, Albaniya, Boliviya, Uqanda, Kiribati və digər ölkələrin nümayəndələri də çıxış ediblər.
Tədbirə Avstraliya İttifaqın Multikulturalizm naziri İngrid Stitt (İnqrid Stit), millət vəkilləri Lee Tarlamis (Li Tarlamis), Belinda Wilson (Belinda Vilson), Meng Heang Tak (Menq Hinq Tak), Eden Foster (İden Foster) və digər rəsmi qonaqlar qatılıb.
Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Mart 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















