Rəqsanə əsəbiləşdi, onları məhkəmə ilə hədələdi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova yeni paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə müraciət ünvanlayıb.
“Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar. Bu kimi halların hamısı tərəfimdən müvafiq qaydada şikayət olunacaq. Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”, – Rəqsanə bildirib.
Qeyd edək ki, 1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Baxış sayı:36
Bu xəbər 23 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















