Icma.az
close
up
RU
Rəqsanə həbsdə kitab yazdı KONKRET

Rəqsanə həbsdə kitab yazdı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə kitab yazıb.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, “Çərçivədən kənar” verilişində bu və digər başına gələn hadisələr haqqında danışarkən müğənni ağlayıb:

“Elə bil yuxuda idim. Danışmaqla olmur, yaşamaq lazımdır. Çox çətin idi. Orada elə insanları gördüm ki, düşündüm, mən bunların yanında kiməm? Heç bir qadına arzu etmirəm. Ora qadın yeri deyil.

Təcridxanada saxlanılırdım. Birdən-birə hər şeydən məhrum oldum. Orada kitab yazdım, yanvar ayında çap olunacaq. Adı “Müəllimə”dir. Arzu edirəm ki, heç bir qadın orada olmasın. Həbsxanada hər kəs övlad həsrəti çəkir. İlk dəfə balalarımı görəndə dilləri tutuldu, mənimlə danışa bilmədilər. Bəzi şeylər var ki, danışa bilmirəm”.

Müğənni bildirib ki, məhkəmə ona mart ayına qədər möhlət verib:

“Fazil müəllim (əri – red.) 3 ayda uşaqların yanında olub. İşin bütün görünməyənlərini o edib. Mart ayına qədər vaxtımız var. Ödənişin qalanını o müddətə qədər etməliyik. Pulun 100 min manatını qızım Aysun ödəyib, qalan ödənişi də Faizil bəylə birlikdə verəcəyik. Dəvətlər də alıram artıq. İnşallah, hər şey tezliklə bitəcək.

Mən orada düşündüm ki, hər şeyim var idi, amma Allahı unutmuşdum. O məni bura saldı ki, xatırlayım. Mənə səslənirdi ki, sənə 4 övlad, ev, yaşayış, hər şey vermişəm, yenə də məni unutmusan, qapıma gəlmirsən. Orda hər gün səcdədə oturdum, Allahdan kömək istədim. Onun buyurduqlarını unutmağımın cəzası idi bütün bunlar. Orada özümə söz verdim ki, bir günümü də Allahsız keçirtməyəcəm”.

İfaçı əlavə edib: “Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərizndə 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm. Etdiyim yaxşılıqları əsəbiləşəndə insanların üzünə vurmuşam. Etməməli idim. Qəlb də qırmışam. Bir insanın qəlbini qırmaq, ahını almaq olmaz. Bunları yaşadıqdan sonra daha çox yaşa doldum. 46 yaşım var, amma özümü 55 yaşımda hiss edirəm.

Mart ayına qədər hər şeyi yoluna qoyub, Heydər Əliyev Sarayında konsert verəcəm. Yanvar ayında da sevənlərimlə görüş təşkil edəcəm. Bundan sonra hər kəs fərqli Rəqsanə görəcək”.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri