Icma.az
close
up
RU
Rəqsanə İsmayılova kimdir? Yarım milyonluq dələduzluğa görə həbs edilən müğənni BİOQRAFİYA

Rəqsanə İsmayılova kimdir? Yarım milyonluq dələduzluğa görə həbs edilən müğənni BİOQRAFİYA

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq əməllərində ittiham olunaraq, bu gün həbs olunub. 

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Rəqsanə İsmayılova barədə məlumat verir.

-Rəqsanə İsmayılova harada anadan olub?

Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə doğulub.

- Rəqsanənin ali təhsili var?

Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinin diplomunu alıb.

Müğənni Rəqsanə 2 dəfə rəsmi ailəli olub. Birinci evliliyindən qızı  Aysun dünyaya gəlib. Öz dediyinə görə, Goranboy rayonuna ərə gedib. Hamiləykən aclıq çəkib, bir tikə çörəyə belə möhtac qalıb. Əri ayrıldıqdan sonra qızı Aysunla maraqlanmayıb. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Necə deyərlər imkansızlıq onu müğənni olmağa məcbur edib.

-Rəqsanənin neçə övladı var?

Müğənni 4 uşaq anasıdır. Son iki uşağının atası indiki əri Fazil Əmiraslanovdur. 3 qızı bir oğlu var.

- Rəqsanənin  ikinci qızı Yağmurun atası kimdir? 

Rəqsanə bu barədə danışmır. Yağmurun köklü bir nəslin daşıyıcısı olduğunu deyib. İfaçı bir müsahibəsində bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:

“Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir”.

- Rəqsanənin atası kimdir?

Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir. Orada Qalina adlı rus qadınla evlənib və ondan Mircəfər və Elvira adlı iki uşağı var. Rəqsanə atasını Xoşqədəmin proqramında axtarıb tapsa da atası onunla görüşmək istəməyib.

- Rəqsanənin adı insan alverində hallanıb?

Bəli. O, anası və bacısı illər öncə insan alverinə görə, məsuliyyətə cəlb ediliblər. Bu barədə prodüsser Təranə Səmədova belə demişdi:

"2006-cı ilin dekabrında anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır. 

-Rəqsanə Fazil Əmiraslanovla nə zaman evlənib?

O, biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib. “Fazil müəllim boşanandan sonra ailə qurmuşuq. O, ailəli olanda onu tanımırdım. Fazil Əmiraslanovun eks-xanımı rus olub və ondan iki övladı var. Qız anası ilədir. Münasibətimiz yoxdur. Amma oğlu Elvinlə tez-tez görüşürük”.Müğənni hamilə olduğunu, tezliklə beşinci övladını dünyaya gətirəcəyini etiraf edib: “Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm. O ərinin övladları ilə də xoş münasiəbtdədir. Allah hər zaman bizi mehriban etsin. Elvin( Ərinin oğlu)  mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm. 

Həyat yoldaşım o qədər gözəl xasiyyətə malikdir insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrıseçkilik yoxdur" - deyə o bildirib.

- Rəqsanə harada yaşayır?

Onun həm Moskvada, həm Bakıda saray kimi iki böyük villası var. Rəqsanə əsl kraliça kimi yaşayırdı.

- Rəqsanə plastik əməliyyat etdirib?

Bəli. O dəfələrlə plastik əməliyyat etdirib. Üzünə dodaqlarına dolğular vurdurub. Bədənşəkilləndirmə əməliyyatı keçirib. Daima 50-55 kilo çəkidə qaldığını deyir.

- Rəqsanə toylara neçəyə gedir?

Rəqsanə əsasən bütöv toy oxuyur. Rusiya və Azərbaycanda toylara gedir. Azərbaycanda toy qonorarı 5 min manatdır. Rusiyada bu qiymət daha da çoxalır.

- Rəqsanənin əlavə biznesi var?

 Bəli. O Rusiya və Azərbaycanda restoran biznesi ilə də məşğul olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:471
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Avqust 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri