Rəqsanəni Xəzərin polis rəisi tutdurub? Müğənninin qızı deyir ki…
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Rəqsanə İsmayılovanın Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov haqqında bir neçə ay əvvəl dediklərinə görə həbs edilməsi barədə fikirlərə, onun qızı Aysun münasibət bildirib.
Gununsesi.info bildirir ki, müğənninin qızı açıqlamasında anası ilə polis rəisi arasında anlaşılmazlıq olduğunu, lakin həllini tapdığını deyib:
“Guya anamın polislə problemi olduğuna görə həbs edilməsinə dair məlumatlar yayırlar. Bu, reallığı əks etdirmir.Amma mən çarəsizəm. Azyaşlı qardaş bacım tək qalıb. Anam onkoloji xəstədir”.
Günay

