Rəqsanənin konsertində maraqlı evlilik təklifi (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Müğənni Rəqsanə İsmayılovanın iyunun 30-da Sumqayıtda keçirilən xalq konsertində duyğusal anlar yaşanıb.
Milli.Az xəbər verir ki, konsert zamanı Sumqayıt sakini olan bir gənc səhnəyə çıxaraq sevdiyi qıza yüzlərlə tamaşaçının qarşısında evlilik təklifi edib. Gənc qızın "hə" cavabı alqışlarla qarşılanıb və meydanda xoş ovqat yaranıb.
Bu gözlənilməz hadisənin şahidi olan Rəqsanə İsmayılova cütlüyü təbrik edərək onlara xoşbəxtlik arzulayıb. Sənətçi, həmçinin onların toy mərasimi keçiriləcəyi təqdirdə mütləq qonaq kimi iştirak edəcəyinə söz verib.
Səhnədə yaşanan romantik anlar tədbir iştirakçılarının böyük marağına səbəb olub, görüntülər isə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələr yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 İyul 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















