Icma.az
close
up
RU
Rəşad Abdullayev: “Litva ilə oyunda qələbə qazanmaq şansımız var”

Rəşad Abdullayev: “Litva ilə oyunda qələbə qazanmaq şansımız var”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Azərbaycan futbol millisinin UEFA Millətlər Liqasının ilk turunda Litvaya qarşı matçda qalib gəlmək şansı var”.

Bunu yığmanın sabiq futbolçusu Rəşad Abdullayev deyib.

O, yığmanın Tacikistanla keçirdiyi yoldaşlıq görüşünü qiymətləndirib.

“Görüş sərt mübarizə şəraitində keçdi. Tacikistan “dişimizə” görə rəqib idi. Məşqçilər korpusu geniş heyət formalaşdırmaq üçün yeni və gənc futbolçuları sınaqdan keçirdi. İlk hissədə yığma daha yaxşı təsir bağışladı. İkinci yarıda isə əvəzetmələrdən sonra oyun istənilən kimi alınmadı və rəqib üstünlüyü ələ keçirdi. Lakin bu yoxlama matçıdır, əsas məqsəd çatışmazlıqları və mövqe boşluqlarını görmək idi. Kəskin dəyişikliklərə lüzum yoxdur. Düşünürəm ki, belə qarşılaşmalar mütəxəssislərə rəsmi matçlarda hansı oyunçuların start heyətində yer alacağını, hansıların isə sonradan meydana daxil olacağını müəyyənləşdirməyə imkan verdi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

R.Abdullayev UEFA Millətlər Liqası çərçivəsində Litva ilə keçiriləcək qarşılaşma barədə də danışıb:

“Hazırda asan rəqib yoxdur, bütün komandalar inkişaf edir, normal futbol oynayır. Litva ilə oyunda qələbə qazanmaq şansımız var. Yığmada daha çox yerli futbolçular çıxış edir. Meydana qələbə üçün çıxmalıyıq, çünki milli komandanın daha yuxarı liqalara yüksəlməsinə və layiq olduğu yeri tutmasına ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 23-də keçirilən Tacikistanla yoldaşlıq matçında 1:0 hesablı qələbə qazanıb. Yığma UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri