Icma.az
close
up
RU
“Rəşad Eyyubov U 21 millisinin baş məşqçisi olacaq qədər təcrübəyə malik deyil” Samir Əliyev

“Rəşad Eyyubov U 21 millisinin baş məşqçisi olacaq qədər təcrübəyə malik deyil” Samir Əliyev

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa çempionatının seçmə mərhələsində çıxış edən U-21-in uğursuz nəticələrindən xəbərdarsız. Xatırladaq ki, yığma bu çərçivədə keçirdiyi 4 matçda səfərdə Portuqaliya və Çexiyaya uduzub (0:5, 0:5), evdə Bolqarıstan və Şotlandiya ilə heç-heçə edib (1:1, 3:3).

Bu matçlarla bağlı fikrini öyrənmək məqsədilə U-21-in sabiq baş məşqçisi Samir Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Millinin çıxış etdiyi B qrupunda zəif rəqib yoxdu. Bu komandaların futbol səviyyəsi Azərbaycandan bir neçə addım öndədi. Bəli, yığmanın oyununda çatışmazlıqlar var. Amma mənim bu haqda danışmağım düzgün olmaz. Yanlış anlayarlar. Hər halda, yığmanın sabiq baş məşqçisiyəm. Məhz komandayla bağlı onu deyə bilərəm ki, futbolçuların əksəriyyəti premyer-liqa oyunlarında şans qazanmır. 4-5 oyunçuyla isə nəsə etmək mümkün deyil. Futbol kollektiv oyunudu. Habelə uğursuz nəticələrdə legioner limitinin ləğv edilməsinin də payı var. Çünki bu gün həmin futbolçuların çoxu meydana çıxa bilmir. Çıxsa da, forma geymək şansı az olur. Bəziləri də 1-ci liqada, əvəzedicilər liqasında çıxış edir. Bu oyunçularla, təbii ki, qrupdakı rəqiblərə müqavimət göstərmək çox çətindi. Bu üzdən, evdə qazanılan xalları yaxşı nəticə sayıram”.

Samir bəy həmkarı Rəşad Eyyubovun fəaliyyətini belə dəyərləndirdi:

“O, vəzifəyə hələ yeni təyin olunub. Təbii ki, təcrübə toplaması üçün zaman lazımdı. Üzərində işləyən mütəxəssislərdən biridi. Komandanı, demək olar ki, 10 gündü tanıyır. Özü də məşqçi karyerasında ilk addımlarını atır. Etiraf edək ki, Rəşad Eyyubov U-21-in baş məşqçisi olacaq qədər təcrübəyə malik deyil. Ancaq bu gün daha təcrübəli baş məşqçi gəlsə də, Portuqaliyadan, Çexiyadan xal ala bilməyəcəyik. Çünki problem təkcə məşqçiylə bağlı deyil. Sadəcə, gənc və yerli futbolçuların sayı çox azdı. Onlar da yetərincə şans qazanmır. Belədə bu cür nəticələr, daha doğrusu, böyükhesablı məğlubiyyətlər qaçılmaz olur. Odu ki, bu məsələləri məhz Rəşad Eyyubovla əlaqələndirmək doğru olmaz. Onun gələcəkdə böyük məşqçilərdən olacağını düşünürəm”.

KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri