Icma.az
close
up
RU
Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub

Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 60 illiyi ilə əlaqədar nəşr olunmuş “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycanın müasir ictimai mühitində, ədəbiyyat, media və mədəniyyət sahəsində Rəşad Məcidin xüsusi yeri olduğunu önə çəkərək “Qala Adam” kitabı vasitəsilə bu barədə, həmçinin yubilyarın müstəsna şəxsi keyfiyyətləri haqqında ətraflı məlumat almağın mümkünlüyünü vurğulayıb.

1992-ci ildə “525-ci qəzet”i yaradan gənc Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirən K.Tahirov, sözügedən qəzetin hazırda da Azərbaycan mətbuatında, ümumən mədəniyyətimizdə önəmli yer tutduğunu vurğulayıb.

Daha sonra “Rəşad Məcid-60” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam şəkildə tədbir iştirakçılarına təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirin keçirilməsində, kitabın nəşrində və elektron bazanın hazırlanmasında əməyi olanlara təşəkkür edərək, uzun zamandan bəri tanıdığı, son 20 ildən artıq müddətdə bərabər çalışdıqları Rəşad Məcidlə bağlı yüksək fikirlərini dilə gətirib. O, Rəşad Məcidi son dərəcə etibarlı, sözündə və mövqeyində möhkəm insan olmaqla bərabər, çox istedadlı şair və publisist kimi qiymətləndirib. Anar R.Məcidin publisistik yazılarının Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının uğurlu davamı olduğunu qeyd edib və ona ən xoş arzularını çatdırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan - müstəqillik dövrünün ustad publisistidir və janrların bütün növlərində professional şairdir. Onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır. Daha sonra, İsa Həbibbəyli Rəşad Məcidin qələmə aldığı “11 sentyabr” hekayəsinin mükəmməlliyindən söz açaraq qeyd edib ki, bu hekayəni oxuyan hər kəs zövq alır. AMEA prezidenti onun şeirlərindən də danışaraq R.Məcidin orijinal ruh və məzmuna malik poeziya yaratdığını diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onun ölkənin mədəni həyatına gördüyü işlərlə dəyər qatdığını vurğulayıb. O, R.Məcidin yaratdığı “525-ci qəzet”in Azərbaycan ictimai fikrinin inkişafına əhəmiyyətli bir dönəmin ən mühüm hadisəsi olaraq xüsusi təkan verdiyini deyib. V.Qurbanzadə bir vaxtlar R.Məcidin rəhbərliyi ilə yaradılmış və Milli Kitabxanada fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”dən də söz açaraq bildirib ki, bu, Azərbaycan ədəbiyyatının inkişafı üçün ən mühüm addımlardan biri sayılır. Nazirliyin şöbə müdiri bu məktəbin yenidən fəaliyyətə başlamasını vacib olduğunu, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin dünya miqyasında bir çox uğurlara imza ata biləcəyini söyləyib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək deyib ki, Rəşad Məcidi təxminən 20 il əvvəl “525-ci qəzet”dən tanımışam və o zamandan bəri aramızda qarşılıqlı əlaqələr davam edir: “O, daim irəli gedən, yenilikci insan, istedadlı şairdir. Rəşad müəllim lap cavan yaşlarından artıq cəmiyyətdə öz işlərinə görə ağsaqqallıq statusunu qazanıb. “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır. Şəxsən şahidəm ki, bütövlükdə Azərbaycan cəmiyyətinin, xalqımızın Rəşad Məcidə böyük hörmət və rəğbəti vardır”.

Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas çıxışında vurğulayıb ki, “Qala Adam” kitabı R.Məcidin portretini, çoxşaxəli fəaliyyətini ətraflı şəkildə əks etdirsə də, onun yaradıcılığı, fəaliyyəti, insanlığı burada yazılanlardan qat-qat artıqdır: “Biz onunla onillərdən bəri çox yaxın, qardaş kimi dostuq, Rəşadın dostluğu hər zaman ən yüksək səviyyədə olub. Onun Vətən və millət sevgisi də yüksək mənada hər kəsə məlumdur”.

Daha sonra çıxış edənlər - BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, MEDİA-nın icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Əli Əmirli, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, BDU-nun professoru Qulu Məhərrəmli, “Qala Adam” kitabının tərtibçisi, yazıçı-publisist Nadir Yalçın və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı fikirlərini bölüşərək ona yeni uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid çıxış edərək bütün qonaqlara, iştirakçılara, tədbirin uğurlu təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.

Məhkəmə qərarını verdi: Bu məşhurları nə gözləyir? "Yazılan həyatdır, yoxsa həyat yazılandan doğur?" - "Gülçöhrə və Əsgər"də postmodern axtarış Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri