Icma.az
close
up
RU
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş Qala adam kitabı çapdan çıxıb

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş Qala adam kitabı çapdan çıxıb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə "Qala adam" (Bakı, "Zərdabi-Nəşr MMC, 2025) adlı kitab işıq üzü görüb.

Əməkdar jurnalist, "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayevin redaktoru olduğu bu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub. "Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

"Qala adam" kitabının tərtibatçısı yazıçı, publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb:

"Rəşad müəllim üçün "beş" ölçü vahididir. O, sevgi şeirlərindən birində xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: "Biri beş eylər..." Digər bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: "Biri beş edəndir, güc artırandır..." Elə bil, beş rəqəmi onun alın yazısında qərar tutub. "525"dəki "5"lər də bunu təsdiq edər... 60 illik yubileyi münasibətilə son beş ilin Rəşad Məcidini "Qala adam"da oxuculara təqdim etməyin zəruri olduğunu düşündük".

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. Rəşad Məcidin illər əvvəl "Facebook" hesabında paylaşdığı status-esselərindən ibarət "Qələmsiz yazılanlar" adlı kitabı işıq üzü görmüşdü. Həmin kitabın əməli davamı kimi müəllifin 2019-2024-cü illərdəki status-esselərindən seçmələr "Qala adam"ın ilk bölümündə cəmləşib.

İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Akademik İsa Həbibbəyli "Rəşad Məcidin statusları və SMS dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına giriş" adlı məqaləsində yazır: "Qələmsiz yazılanlar"dakı mülahizələrindən görünür ki, Rəşad Məcid bədii-publisist yaradıcılığı ilə birlikdə elektron mediaya da yüksək tələbkarlıqla yanaşır. Rəşad Məcidin "qəzetini göstər, sənin kim olduğunu deyim" aforizmi mətbuat sahəsində öz məktəbini yaratmış baş redaktorun jurnalistikada özünəinamını ifadə edirsə, "saytını göstər, sənin kim olduğunu deyim" qənaəti də onun eyni dərəcədə müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə çarpdırır. "Qələmsiz yazılanlar" məkanının əsas ünvanları olan feysbuk və instaqram haqqındakı qənaətləri onun artıq sadəcə "istifadəçi" qismində deyil, yaradıcı statusunda elektron mətbuatın və ədəbiyyatın içində olduğunu, özünü həmin mühitdən kənarda təsəvvür etməsinin mümkünsüzlüyünü göstərir. Yazıçı öz əsərini çap etdirmək üçün münasib qəzet, jurnal və nəşriyyat seçdiyi kimi, Rəşad Məcid də statuslarını və SMS-lərini yerləşdirmək məqsədilə elektron medianı süzgəcdən keçirib, özünə uyğun olan məkanı müəyyənləşdirir".

Digər iki bölmə Rəşad Məcidin işğaldan azad olunandan sonra Qarabağın dilbər guşəsi olan, böyük mədəniyyəti özündə ehtiva edən Şuşaya səfəri ilə bağlıdır. "Şuşa gör nələr eylər" bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. "Şuşa dəftəri" adlanan digər bölmədə isə daha çox şair Rəşad Məcidlə tanış olmaq mümkündür. O, "Şuşa dəftəri" adı altında Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirlər qələmə alıb.

"Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid" bölməsi şair, publisist Şahanə Müşfiqin qələmə aldığı maraqlı bir söhbəti yenidən oxucuların yadına salmaq üçündür. "Qala adam"ın bu bölümündə şair, publisist Rəşad Məcidi onu öz ailəsinin - nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur.

Rəşad Məcidin publisistik mətnlərinin yer aldığı "Ürəkdən gələn yazılar" bölməsinin adı da təsadüfi deyil. Yazıçı-publisist Loğman Rəşidzadənin Rəşad Məcidin yaradıcılığı ilə bağlı "Ürəklə yazılanlar" adlı məqaləsi var. Odur ki, müəllifin yazıları da "Ürəkdən gələn yazılar" adı altında cəmlənib. Bu yazıların əsas mövzusunu qocaman qələm adamları ilə bağlı xatirələr, onların yaradıcılığı ilə bağlı müxtəlif qənaətlərlə yanaşı, işğaldan sonra Qarabağın müxtəlif yerlərinə səfər edən müəllifin təəssüratları təşkil edir.

"60 yaşa yazı hədiyyələri" bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, publisist Sevinc Mürvətqızı 60 illiyə həsr olunmuş yazılarda Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.

"Rəşad Məcidin sözü haqqında" son beş ildə qələmə alınmış məqalə, esselər də "Qala adam"da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.

"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.

Ləman İLKİN

Kitabın pdf variantı ilə buradan tanış ola bilərsiniz - Qalaadam  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri