Rəşad Məmmədov həmin hərbçinin ailəsini ziyarət etdi FOTOLAR
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ötən ilin noyabrın 11-də Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan pilot Cüneyt Kandemirin ailəsini ziyarət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” hesabında paylaşım edib.
Ziyarətdə Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi general-mayor Zaur Zeynalov, eləcə də Türkiyə Milli Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilib, onların acısının Azərbaycan xalqı tərəfindən də bölüşüldüyü vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq sevincdə də, kədərdə də daim bir-birinin yanındadır. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad edilib, ruhuna “Fatihə” surəsi oxunub. Daha sonra Azərbaycan bayrağı ehtiram və vəfa rəmzi olaraq şəhidin hörmətli atasına təqdim edilib.
Qeyd edilib ki, şəhid Cüneyt Kandemirin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq və iki ölkə arasında sarsılmaz qardaşlıq bağlarının rəmzi kimi ehtiramla anılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Yanvar 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















