Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayevi (81 kq) təbrik edib.
525.az xəbər verir ki, ACF rəhbəri bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.
"Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Zelim Tçkayev bürünc medal qazandı. Zelimi bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində mübarizə aparacaq bütün cüdoçularımıza uğurlar arzulayıram", - deyə R.Nəbiyev bildirib.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.
Baxış sayı:56
Bu xəbər 17 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















