Rəşad Nəbiyev: Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Azərbaycan regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyir.
SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşımda qeyd edib.
"İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu və "BlackRock" tərəfindən təşkil olunan "Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur" panel müzakirəsində həmkarlarımla birlikdə iştirak etdik. Azərbaycanın enerji potensialı, geniş fiber-optik şəbəkəsi və strateji coğrafi mövqeyinin süni intellekt və rəqəmsal infrastrukturun inkişafı üçün yaratdığı imkanlardan danışdıq. Rəqəmsal hökumət, süni intellekt, milli məlumat infrastrukturu və kibertəhlükəsizlik sahəsində görülən işləri qeyd edərək Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilməsi hədəfini vurğuladıq", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 26 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















