Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi”

Rəşad Sadıqov: “Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXXIII turunun "Zirə" - "Turan Tovuz" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, "Turan Tovuz" da qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə görünürdü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir.Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Bütün sezonboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq".

- Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?
- Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan 2-cilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda iki il ardıcıl 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.

- Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?
- Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya hansısa ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.

- "Qarabağ" ölkə kubokunun finalında "Sabah"ı məğlub edərsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiz?
- Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər bir klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq. 

- İndidən avrokuboklarda məqsədiniz bəllidir?
- Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək.

“Səbail”in legioneri: "Ümidimizi itirmirik, pozitiv düşünürük" I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB Millimizin dünya çempionatındakı matçlarının təqvimi açıqlanıb Süni ot örtüyünün yenilənməsi işləri yekunlaşıb "Araz-Naxçıvan" "Zirə" qarşısına 2 itki ilə çıxacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apasport.az
archiveBu xəbər 02 May 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see275

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see177

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see135

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see131

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see124

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see121

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see117

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri