Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Bu oyunda favorit görmürəm”

Rəşad Sadıqov: “Bu oyunda favorit görmürəm”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz məşqçilər üçün mətbuat konfransında ətraflı məlumat vermək çətindir. Bilirik ki, böyük azarkeş kütləsinin önündə yaxşı bir komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə yaxşı nəticə qazanmaq istəyirik”.

"Cebheinfo.az"  xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la cavab oyunundan (ilk görüş - 1:1) əvvəl təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bildiyimiz kimi, əsas futbolçularınızdan biri olan Brahim Konate ilk oyunda zədələnib. Digər tərəfdən də Anje Mutsinzi viza problemi səbəbindən buraya gələ bilməyib. Bunlar sizin oyununuza nə qədər təsir göstərə bilər? 

- Onsuz da bizim Konate və Mutsinzidən əvvəl də itkilərimiz var idi. Bir neçə futbolçumuz zədəli idi. Təlim-məşq toplanışında müəyyən uğursuzluqlar yaşamışdıq. Salifu Suma komandadan ayrıldı. Rafael Utziq bizə gec qoşuldu. Eldar Quliyev, Yeqor Baqamolski, Vinsent Till zədə almışdı. Bunlar ilk oyundan əvvəlki itkilərimiz idi. Amma cavab oyunundan əvvəl daha iki itki ilə üzləşdik - Mutsinzi və Konate. Əlbəttə, hər bir məşqçi istəyər ki, avrokubok oyunu öncəsi bütün futbolçuları əlinin altında olsun, hamıdan istifadə edə bilsin. Amma bu itkilər də futbolun bir hissəsidir.

Sadəcə bizdə daha çox oldu. Düşünürəm ki, komandamız xarakterli, möhkəm bir kollektivdir və futbolçularımız itkilərimizi oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü kollektiv formalaşdıraq, oyunumuz hər hansısa bir futbolçu üzərindən qurulmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. İnşallah, "Hayduk"la oyunda da itkiləri hiss etdirməməyə çalışacağıq.

- Zədələnən futbolçular ilk matçda çox yaxşı oyun göstərmişdilər. Cavab matçında onları əvəz edəcək futbolçulardan eyni çıxışı gözləyə bilərikmi? 

- Mən bu haqda çox düşünmürəm. İtkilər üzərində heç vaxt çox dayanmamışam. İtkilər yaşayanda buna görə baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. "Hayduk"la cavab oyununda digər futbolçulara rahat şəkildə şans verəcəyik. Şübhəm yoxdur ki, Mutsinzidən, Konatedən və digər zədəli futbolçularımızdan da daha yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsət olacaq ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Düşünürəm ki, bundan yararlanacaqlar.

- Sizcə, mərhələ adlamaq üçün hansı komanda favoritdir?

- Açığı, cavab oyunu öncəsi favorit görmürəm. Bizim müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, bəzən cütün taleyi ilk oyunun nəticəsindən asılı olmur. Çox şey cavab görüşündə həll olur. Sadəcə vacib olan budur ki, cavab oyununa mərhələ adlamaq şanslarını yüksək saxlayaraq çıxasan. Biz ilk matçda sərgilədiyimiz oyunla cavab görüşündə də mərhələ keçmək şansımızın olduğunu göstərdik. Rəqibin doğma azarkeşləri qarşısında oynayacağıq. "Hayduk" üçün yeganə üstün tərəf bu ola bilər. İnşallah, futbolçularımız 30 min rəqib azarkeşi qarşısında zövq alaraq oynayacaqlar. Bu qədər azarkeş qarşısında oynamaq hər zaman qismət olmur. Yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq.

- Bildiyimiz kimi, ötən mövsüm “Zirə” 2 dəfə “Osiyek”lə üz-üzə gəlib. Siz iki komanda arasında hansı fərqləri görürsünüz. Sizcə, “Hayduk”a qarşı oynamaq daha asandır, yoxsa “Osiyek”ə? Çünki hər iki komanda Xorvatiya çempionudur. 

- Bir az çətin sualdır (gülür). Komandalar arasında müqayisə aparmağı sevmirəm. “Osiyek” həmin vaxt çox yaxşı formada idi. Sonra ölkə çempionatını uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu oyunlar keçirmişdilər. Bizdən əvvəlki mərhələdə də inamlı qələbə qazanmışdılar və yüksək psixoloji durumda idilər. Hər iki oyun gərgin və maraqlı keçdi. Bugünkü “Hayduk”la çempionatdakı “Hayduk” arasında fərq var. Rəqib olaraq indiki “Hayduk” daha təhlükəlidir. Bunda yeni baş məşqçinin də rolu var. “Osiyek”lə “Hayduk”u müqayisə etsəm, eyni səviyyədə qiymətləndirərəm. 

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri