Icma.az
close
up
RU
Rəşad Sadıqov: Daha ambisiyalı olmaq istəyirik İdman və Biz

Rəşad Sadıqov: Daha ambisiyalı olmaq istəyirik İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Araz-Naxçıvan"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 19-cu turunda qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqələrdə fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra oyuna nəzarət rəqibə keçdi. Birinci hissənin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm. İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsaydı, onu meydana buraxacaqdıq. Rüstəm Əhmədzadə də ehtiyatda idi. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olur. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha ambisiyalı olmaq istəyirik".

Rəşad Sadıqov iki komandanın futbolçuları arasında yaşanan xoşagəlməz hadisəyə də münasibət bildirib: "Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi. Şükür böyük insident olmadı, ola da bilməz. İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu".

Qeyd edək ki, bu qələbədən sonra "Zirə" 33 xalla 3-cü pilləyə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Yanvar 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see211

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri