Rəşad Sadıqov: “Güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Zirə" Azərbaycan Kubokunun yarımfinalında güclü rəqibə qarşı mübarizə apararaq finala yüksəlib.
Moderator.az xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
"Gərgin və stressli qarşılaşma alındı. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Bəlkə də mövsümün ən gərgin matçını oynadıq. 65-ci dəqiqəyə qədər qarşılaşma bərabər səviyyədə gedirdi, daha sonra rəqib irəli atıldı. Biz isə hesabı qorumaq üçün daha çox müdafiəyə üstünlük verdik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçularıma təşəkkür edirəm, güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik".
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 22 Aprel 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















