Icma.az
close
up
RU
Rəşad Sadıqov: Hazırlaşmaq üçün vaxtımız az oldu

Rəşad Sadıqov: Hazırlaşmaq üçün vaxtımız az oldu

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" sabah UEFA Konfrans Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Gürcüstanın "Torpedo" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah bizi "Torpedo"ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamladıq. İstəyirik ki, sabah ən azından əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanaq. Başa düşürük, qarşımızdakı rəqib təcrübəlidir. Xüsusilə də, 3-4 ildir avrokuboklarda çıxış edirlər. Bilirik ki, azarkeşlərin, futbolçuların, rəhbərliklərin kökləndikləri yarışlardan biri də avrokuboklardır. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Toplanış qısa oldu, seleksiyanı tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidir, xarakterli kollektivimiz var. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var.

- Kleyton sıradan çıxıb. Onun durumu nə yerdədir? Son illərdə "Zirə"də zədə kabusu var. Bu, futbolun ayrılmaz hissəsidir?

- Təbii ki, belədir. Digər komandalarda da, dünya futbolunda da bu hadisələri görürük. Sadəcə bizdə zədələr tez-tez və uzunmüddətli olur. Qismətimiz belədir. Çalışırıq ki, buna adaptasiya olaq. Çox çətindir. Hansısa həmlə etməyə vaxtımız çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda qapıda durmaq olmayacaq, bizdə Aydın kimi təcrübəli qapıçı var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız var.

- Komandada gürcü oyunçular var. Onlarla "Torpedo" haqda danışmısız? Həmyerlilərinə qarşı oynamaq motivasiyadır?

- Demək olar ki, ciddi məsələləri müzakirə etməmişik. Şəhər, stadion, azarkeşlər barədə müzakirələr etmişik. "Torpedo"nun oyununda köməkçi məşqçilərimiz iştirak ediblər. Rəqibi tanıyırıq. "Omoniya" ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Onların çempionatı davam edir. Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdürlər, vətənləridir. Onları xüssi motivasiya etmirəm. Özüm onları adi oyuna olduğu kimi hazırlayıram. 

- Demək olar ki, ilk dəfədir avrokuboklara bu cür çətin periodla hazırlaşdınız?

- Altıncı ildir Zirə"dəyəm. Dördüncü dəfə avrokuboklarda oynayacağıq. Ən çətin period oldu. Finalda məğlub olduqdan sonra, sona iki tur qalanda avrokuboklara getmədiyimiz bəlli olanda, rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istəyirdik. Bir çox oyunçu ilə yollarımızı ayırdıq. Avrokuboklarda iştirakımız bilinəndən sonra məcbur olduq ki, olduğumuz nöqtədən davam edək. Rəhbərliklə görüşümüz oldu ki, tələsik seleksiya etməyək. Bundan sonra 5-6 transfer edəcəyik. Sabahkı oyuna qədər 1-2 oyunçu gətirə bilərdik. Hazırlığımızın bir ayı tamamlanmır. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çempionatda reqlamenti fərqlidir. 16 günlük fasiləyə gediblər. Onlar superkubok oynayırlar. İdeal hazırlıq periodu keçiblər.

- Sabahkı matçda futbolçuların oyuna yanaşmasında problem olacaq?

- Futbolçular avrokuboklara düşmədiyimiz üçün məyus idilər. Avrokuboklarda iştirak etməkləri onlar üçün motivasiya olmalıdır. Düşünmürəm ki, hansısa neqativ hisslər olsun. Hər şey zamanında olanda daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdilər. Bilirəm ki, beyinlərində avrokuboları düşünməmişdilər.

- Yeqor Boqomolski sizə faydalı ola bilər?

- Əsas heyətlə bağlı nəsə deyə bilməyəcəm. Amma Rusiyadan yaxşı qayıdıb. Rusiya I Liqası fiziki cəhətdən qüvvətli çempionatdır. Ona faydası olduğu görünür. Rəsmi matçlarda necə görünəcək, sabah biləcəyik. Bugünkü forması əsas heyətdə oynamağa imkan verir. 

- Dünya çempionatında su fasilələri verilir. Bu haqda fikriniz necədir?

- Məncə, faydası olar. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilənin müyyən səviyyədə faydası ola bilər. Şəxsən mənə xoşdur. Futbolçuları düşünərək atılan addımdır. Olsa, yaxşı olardı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundur. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri