Icma.az
close
up
RU
Rəşad Sadıqov: Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın

Rəşad Sadıqov: Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Oyun gözlənilən kimi gərgin və sərt başladı. Bilirdik ki, "Kəpəz" aqressiv oynayacaq. Birinci hissə bizim üçün ağır keçdi. Buna baxmayaraq iki baxımlı qol vurduq. Rəqiibn ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını bilirdik. Belə də oldu. Şükürlər olsun ki, 3-cü qolu vura bildik. Bizim üçün çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm".

Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə görüşündən sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Tiaqo Silvanın az oynaması ona mənfi təsir etməyəcək?

- Tam əksinə, çox yaxşı formadadır. Bizim bir nömrəli qapıçımız Tiaqo Silvadır. Aralarında rəqabət var. İmkan olsa, Silvanı çıxarardıq. Amma Aydın da ona göstərilən etimadı doğruldur. Təkcə Tiaqo deyil, bəzi futbolçuları limitə görə oynada bilmirik. Əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən bunları nəzərə almışdıq. Elçin Əlicanov da uzun müddətdir oynamırdı. Amma inamlı çıxış edir. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, 11 dəyişilməz oyunçu olmasın. Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın. Komandamızda sağlam rəqabət var.

- "Zirə" son 3 oyunda 11 qol vurub, 2 qol buraxıb. Bunu qarşıdakı matçlarda da davam etdirmə nə dərəcədə mümkündür?

- Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Rəqib kompakt və etibarli oynayır. Fasiləyə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Həm hücumda, həm də müdafiədə eyni oynayırıq. Sadəcə son oyunlarda əlimizə düşən fürsətləri dəyərləndirə bilirik. Ümid edirəm ki, qarşıdakı matçlarda da qol fürsətlərindən yararlana bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Dekabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see298

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see156

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see153

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see149

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see142

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see140

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see137

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see137

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see126

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see125

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri