Rəşad Sadıqov: “Meydanın keyfiyyəti son ötürmələrə təsir edirdi”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XXXI turu çərçivəsində “Zirə” səfərdə “İmişli” ilə qolsuz bərabərliyə razılaşıb.
Futbolpress.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq.
– Kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləmək çətin deyil?
– Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.
– Oyundan sonra rəqib baş məşqçi ilə görüşmədiz. Bunun səbəbi nədir?
-Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. “İmişli”nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi.
– Premyer Liqada komanda sayının artırılmasına gərək var?
– Əsas olan məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda Keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxsi vəziyyətdə olmalıdır.
Baxış sayı:182
Bu xəbər 08 May 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















